Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəal Əfsanə Toqirin barəsində çıxarılan məhkəmə qərarı təsdiqləndi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Milli fəal Əfsanə Toqirin barəsində çıxarılan məhkəmə qərarı təsdiqləndi

Milli fəal Əfsanə Toqirin barəsində çıxarılan məhkəmə qərarı təsdiqləndi


Azərbaycanlı öyrənci fəal xanım Əfsanə Toqirin Apelyasiya Məhkəməsinə (dadqah-i təcdide nəzər) şikayəti nəticə verməyib.

Şərqi Azərbnaycan Vilayətinin Apelyasiya Məhkəməsinin 6-cı şöbəsi məhkəmənin çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb.

Təbriz universitetinin öyrəncisi, universitetin Azərbaycanşünaslıq Ocağının mərkəzi şurasının üzvü xanım Əfsanə Toqir, 2012-ci il mayın 21-də Təbriz universitetinin qarşısında ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və məhkəmə tərəfindən 1 il şərti həbs cəzasına məhkum edilmişdir. Toqir 23 gün saxlanıldıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.
Bir müddət sonra isə Təbriz inqilab məhkəməsinin 1-ci şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il şərti həbs cəzasına məhkum edilmişdir.

Məhkəmə hökmü olduğu kimi Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

Geri dön