Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > COVID-19-un yeni variantı olan XBB.1.5 nə qədər təhlükəlidir?!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > COVID-19-un yeni variantı olan XBB.1.5 nə qədər təhlükəlidir?!

COVID-19-un yeni variantı olan XBB.1.5 nə qədər təhlükəlidir?!


Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva “Həkim məsləhəti” rubrikasında “COVİD-19-un yeni variantı olan XBB.1.5 nə qədər təhlükəlidir!” sualını cavablandırıb.

Kraken adı verilən XBB.1.5 Omicronun bir alt variantıdır. İki müxtəlif Omicron subvariantlarının rekombinasiyası nəticəsində ortaya çıxmışdır. Bu subvariant RBD-də S486P mutasiyası mövcuddur. Bu mutasiya isə virusun ACE2 reseptoruna bağlanmasını artırır. Nəticədə virusun yoluxduruculuq qabiliyyəti və çoxalması sürətlənir.

Hal-hazırda bu virus 29-dan çox ölkədə aşkarlanmışdır. Ümumdünya Səhiyyə Təşkilatı XBB.1.5-i bu günə qədər olan viruslar arasında ən yoluxucu COVİD-19 variantı adlandırıb. XBB.1.5-in əsas əlamətləri boğaz ağrısı, burun tıxanıqlığı ilə yanaşı qızdırma, ciddi əzələ, bədən ağrısı, öskürəkdir. Hal-hazırda tək COVİD-19 deyil, İnfluenza (qrip) və tənəffüs yolu ilə yoluxduran digər viral xəstəliklər də ciddi problem yaradır. Xüsusilə qeyd etmək istəyirəm ki, qrip (İnfluenza virusu) ağır fəsadlar yarada bilən bir xəstəlikdir.

Qrip sonrası sinusit, otit, pnevmoniya kimi ciddi bakterial ağırlaşmalar da müşahidə olunur. Yaşlılar, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olan, orqan transplantasiyası edilən xəstələr, ciddi immunsupresif müalicə alanlar (kimya müalicəsi, steroid və s.) COVİD-19 və qrip infeksiyasının ağırlaşması üçün risk qrupudur. COVİD-19 və qrip infeksiyasını kliniki olaraq bir-birindən ayırmaq mümkün deyil.

Ona görə də üst tənəffüs yolu infeksiyası əlamətləri olan xəstələr mütləq testlərdən keçməlidir. Həkim tərəfindən müayinə olanaraq zamanında uyğun müalicə almalıdır. Qripdən qorunmanın ən effektif yolu isə peyvənddir. Son olaraq COVİD-19, influenza və digər tənəffüs virusları hava-damcı yolu ilə yayıldığı üçün xüsusən qapalı yerlərdə maska taxaraq və əl gigiyenasına ciddi diqqət edərək özünüzü qoruyun!

Geri dön