Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Prezidentin təklif etdiyi hər iki təşkilatdan lazımi dəstək verilərsə, nəticə çox müsbət olar
Fərəc Quliyev:Prezidentin təklif etdiyi hər iki təşkilatdan lazımi dəstək verilərsə, nəticə çox müsbət olar |
Fərəc Quliyev: “Prezidentin təklif etdiyi hər iki təşkilatdan lazımi dəstək verilərsə, nəticə çox müsbət olar”
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı Praqa görüşü barədə sualı cavablandırarkən deyib ki, BMT Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır: “Mən hesab edirəm ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, - indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, - yəni sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir”. Dövlət başçısı bildirib ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra: “İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır, adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır, Birinci Dünya müharibəsindən də, İkinci Dünya müharibəsindən də fərqlənir. İndi üstündən 80 il keçib. Ona görə, əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır”. Görünən budur ki, artıq Azərbaycan dünya düzənini ədalətli şəkildə tarazlayacaq təkliflərlə çıxış edir. Prezidentin bu təşəbbüsü necə dəyərləndirilməlidir? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca prinsipial bir məsələdir: “Ölkə başçısının belə təşəbbüslə çıxış etməsi olduqca vacibdir. BMT Təhlükəsizlik Şurasında yeni üzlərin qəbulu və onlara veto hüququnun verilməsi ilə bağlı təklif mövcud dünya düzəninin rekonstruksiya olunması dönəmində Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Əminəm ki, bu təklif həm İslam Əməkdaşlıq Təşkilatı , həm də Qoşulmama Hərəkatı tərəfindən dəstək alacaq. Bu gün dünyada elə vəziyyət yaranıb ki, ya dünyada idarəedənlərdən, ya da idarə olunanlardan olmalısan. Bir dövlət kimi iddialı çıxış eləmək olduqca doğrudur. Azərbaycanın idarə edənlərdən olmaq üçün ciddi imkanları yaranıb. Yeni dünya düzənində həm də dövlətlərin yeri müəyyən olunur. Düşünürəm ki, Türk Dövlətləri Təşkilatı üçüncü üzvün də TŞ-yə qəbul edilməsi təşəbbüsü ilə çıxış etməlidir. Bu təşkilatdan bir üzvün olması olduqca vacibdir. 1998-ci ildə “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” adlı kitab yazdım. Orada təklif etmişəm ki, Avropa ölkələri ilə türk dövlətləri arasındakı əməkdaşlıq ayrı-ayrı üzvlərlə deyil, transkontinental Avrasiya bloku ilə Avropa İttifaqı arasında daha rahat olar. İndi də həmin düşüncədəyəm. Bu, həm də iki gücün bir yerdə olması, qarşılıqlı əməkdaşlığına gətirib çıxarar. Hansısa ölkənin isə peyk kimi orada görsənməsi də lazım deyil. Bilirik ki, türk ölkələrinə bir qısqançlıq da var. Avropa İttifaqını bir xristian klubu sayırdılar və uzun illərdi ki, Türkiyəni ora qəbul etmirlər”. Partiya sədrinin sözlərinə görə, bu gün həm Türkiyə, həm də Azərbaycan dünya siyasətini müəyyənləşdirən ideyalarla çıxış etməyə başlayıb: “Bu təşkilat Türkiyənin TŞ-də veto hüququ ilə təmsil olunması ilə bağlı məsələni qaldıra bilər. Gələcəkdə bu, rotasiya qaydasında olması ilə əvəzlənə də bilər. Avropa İttifaqı xristian ənənələri və yunan fəlsəfəsinə söykənən bir evdir. Türk təşkilatlarının çoğrafiyası böyük bir ərazini əhatə edir. Bu gücü dəyərləndirməyin zamanı çatıb. Cənab Prezidentin verdiyi səmərəli təklifi daha da qüvvətləndirmək baxımından bunu deməyi önəmli saydım. Prezidentin təklif etdiyi hər iki təşkilatdan lazımi dəstək verilərsə, nəticə çox müsbət olar. Bunun reallaşması həm də bizim imkanlarımızı genişləndirəcək, uzaq mənzilli hədəflərimizə çatmaqda mühüm rol oynayacaq. Bir daha bu təklifin səmərəli və vacib olduğunu vurğulamaq istəyirəm”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |