Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Paşinyan Azərbaycana çatdırır ki, sülhə də meyillidir
Fərəc Quliyev:Paşinyan Azərbaycana çatdırır ki, sülhə də meyillidir |
“Paşinyan Azərbaycana çatdırır ki, sülhə də meyillidir, hətta Rusiya sülhməramlılarının ərazidən çıxmasını da istəyir”.
Bu fikirləri hazırda Ermənistanla Rusiya arasındakı gərginliyk fonunda Azərbaycan tərəfinin mənafeyinə xidmət edən mümkün gedişatı dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib. Fərəc Quliyev bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ukrayna-Rusiya müharibəsinin nə ilə nəticələnəciyini gözləyir: “Paşinyanın seçdiyi taktika nə sülh, nə də hərb taktikasıdır. Paşinyan hərb yolunu istəmir. Ona görə ki nəticənin necə olacağını bilir. Savaşda nəticəni gördü, ötən ilin sentyabr ayında yoxlama etdilər, yenə də vəziyyətin nə yerdə olduğunu anladılar. Başa düşdü ki, hərb yolu ilə heç nə edə bilməyəcək. Potensialı var, perspektivi yoxdur. Paşinyan cəmiyyətinə göstərmək istəyir ki, Rusiyadan əllərini üzmələri lazımdır. Ermənistanda elə düşünürdülər ki, müharibə olacağı təqdirdə, Rusiya kömək edəcək. Hərçənd 900 ton silah-sursat vermişdilər. Erməni cəmiyyəti düşünürdü ki, ruslar onların tərəfində döyüşəcəklər. Sentyabr ayında da gözləntiləri var idi. Ermənistanın bu məsələlərdən sonra hərb sahəsində ciddi tərəddüdləri var. Paşinyan erməni cəmiyyətinə göstərmək istəyir ki, gücləri yoxdur, Rusiya da arxalarında deyil. Rusiya arxalarında deyilsə, Gümrüdəki hərbi baza təhdid yaradır və bunu əsas götürərək mitinqlərə start veriblər. Bunun altında həm də Qərbə mesaj var. Qərbə mesaj verirlər ki, Rusiya ilə cəhənnəmə getməyə hazırlaşmırıq. Qərbə dolayısı ilə deyirlər ki, Rusiyanın funksiyalarını üzərinizə götürün, həm maliyyə dəstəyi verin, həm də hərbi dəstək. Paşinyan həm manevr edir, həm də gözləyir ki, Ukrayna-Rusiya müharibəsinin sonu nə olacaq. Paşinyan istəyir ki, hələlik sülh də bağlamayaq, hərb yoluna da əl atmayaq. Paşinyan həm də Azərbaycana, sətiraltı da olsa, mesajlar verir. Azərbaycana çatdırır ki, sülhə də meyillidir, hətta Rusiya sülhməramlılarının ərazidən çıxmasını da istəyir. Paşinyan bununla Azərbaycana demək istəyir ki, məni çox sıxmayın, zaman qazanım. Mürəkkəb bir vəziyyət yaranıb. Paşinyan başa düşür ki, indiki halda sülh müqaviləsi bağlasa, daxildən müxalifət onun üzərinə qalxacaq. Ona görə yubadır ki, Rusiya Ukraynada zəifləyəcəyi təqdirdə, Ermənistandakı müxalifət də zəifləyəcək. Doğru düşüncədir. Rusiya sıradan çıxdıqca Ermənistandakı müxalifət də sıradan çıxacaq. Bu məqamda sülh müqaviləsinə getdiyini elan edəcək. Bunun da işartıları görünür. Gedişat Azərbaycanın xeyrinədir”. Səxavət Məmməd/yenicag.az Geri dön |