Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəzərin Türkmənistan sahili donub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Xəzərin Türkmənistan sahili donub

Xəzərin Türkmənistan sahili donub


Türkmənistan qışı üçün qeyri-adi şaxtalı günlərdə hətta Xəzər dənizi güclü hava trendindən kənarda qalmayıb. Xəzərin Türkmənistan sahili donub və nadir mənzərələr yaranıb.


Məsələ ondadır ki, demək olar ki, hər il qış vaxtı yalnız Xəzər dənizinin bir neçə iqlim zonaları daxilində yerləşən şimal hissəsi donur. Onun cənub-qərb və cənub sahilləri subtropiklərdə yerləşir, şərq sahilində isə səhra iqlimi hökm sürür.

Lakin Xəzər dənizinin şimal hissəsində də bu vaxt üçün adi göstəriciləri təxminən 30 faiz üstələyən anomal qalınlıqda buz aşkar olunub.

Məlumatda deyilir ki, incə kövrək qar örtüyü naviqasiya üçün problem yaratmır, Türkmənbaşı beynəlxalq limanı normal rejimdə işləyir, lakin belə hallar burada çox az olur.

Xatırladaq ki, Türkmənistanda rekord aşağı temperaturlar qeydə alınıb. Türkmənabadda 1894-cü ildən bəri aparılan bütün müşahidələr tarixində mütləq minimum temperatur rekordu qırılıb. Cümə günü şəhərdə termometrlərin civə sütunları mənfi 25,4 dərəcəyə qədər aşağı düşüb. Sərhədabadda gecə temperatur mənfi 27 dərəcədən aşağı düşüb. Bu qış, 1969-cu və 2008-ci illərin rekordunu sındırıb, havanın bütün müşahidə olunma tarixində bu şəhərdə ikinci ən soyuq qış olub. Yalnız 1905-ci ildə qış daha soyuq olub – mənfi 33,8 dərəcə şaxta qeydə alınıb. Aşxabadda cümə günü minimal temperatur mənfi 16,4 dərəcə təşkil edib. Bu da Türkmənistan paytaxtı üçün rekord minimal temperaturdur.

Geri dön