Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, DAVAMın yazıları > İran rejiminin ağ ölüm siyasəti
İran rejiminin ağ ölüm siyasəti |
Tehran rejimi antitürk siyasətinə bu strategiyanı da əlavə edib
Son iki ildə İranda iqtisadi və maliyyə sektorunda yaranmış geriləmələr ölkəni böhran həddinə gətirib. Bu isə ölkədə sosial problemlərin dərinləşməsinə yol açıb. Tehran rejimi yaranmış durumdan çıxmaq üçün yollar aramaq, bir sıra islahatlar aparmaq əvəzinə, fərqli taktikaya üz tutub. Bu taktika narkomaniyanın geniş miqyasda yayılması ilə müşahidə olunur. «Ağ Ölüm» siyasəti xüsusilə artıq Güney Azərbaycan boyunca yeni coğrafi əraziləri əhatə etməyə başlayıb. Belə ki, əvvəllər narkomaniya sadəcə Azərbaycanla sərhəd bölgəsi olan Ərdəbil vilayətində və Qaradağ mahalında geniş yayılmışdısa, indi bu siyahıya Güney Azərbaycanın Urmu, Təbriz, Zəncan, Həmədan, Qəzvin, Savə, Ərak və digər vilayətləri də daxil edilib. Ekspert Yaşar Xəzərin fikrincə, Tehran rejimi məqsədli şəkildə Güney Azərbaycanın bölgələrində narkomaniyanın yayılmasını dövlət siyasətinin tərkib hissəsinə çevirib. Bunu sübut edən mühüm faktorlardan biri də budur ki, Əfqanıstandan «xaşxaş» bitkisini xamal formasında daşınması təşkil edilir. Sonra onun tozu xüsusi laboratoriyalarda emal olunur və ticarətinin şəbəkəsinə ötürülür: Bu siyasəti İran rejiminin Təhlükəsizlik Nazirliyi (ETTELAAT) həyata keçirir «Bazar kimi Güney Azərbaycan əyalətləri, Türkiyə, Quzey Azərbaycan, Orta Asiyanın türk dövlətləri seçilib. Beləliklə Tehran rejimi nəinki Güney Azərbaycan türklərinə, bütövlükdə regionda 200 milyonluq türk xalqlarına qarşı «Ağ ölüm» siyasətini tətbiq edir. Problemin dəhşətli tərəfi budur ki, Tehran rejimi «Ağ ölüm» siyasətində İrandakı kürdlərdən daha fəal şəkildə yararlanır. Bunun nəticəsində son illər Türkiyə ilə sərhəd bölgəsi olan Urmu vilayətində kürdlərin sayının artması, onların tədricən bölgənin ən zəngin şəxslərinə çevrilməsi prosesi maşahidə olunmaqdadır. Tehran rejimi artıq Təbriz başda olmaqla Güney Azərbaycanın başqa bölgələrində də «Ağ ölüm» siyasətini kürdlərin əli ilə tətbiq etməyə başlayıb. Belə bir şəbəkədə ehtiyac üzündən tora salınmış yerli türklər sadəcə orta və ya kiçik həcmli mövqelərə malikdirlər. Kürdlərin isə paralel olaraq hakimiyyət orqanlarında təmsilçiliyini genişləndirməsinə hər cür şərait yaradan rejim bununla narkotika ticarətini daha da genişləndirməyə çalışır. Maku, Qoşaçay, Sulduz, Urmu, Xiyav, Miyanə, Səlmas, Təbriz, Xoy, Mərənd və digər şəhərlərdə ən çox müşahidə olunan məqamlardan biri də Tehran rejiminin əsas hərbi və siyasi dayağı olan «Sepah»ın (İslam İnqilabının Keşikçiləri Korpusu) üzvlərinin kürdlərdən ibarət olmasıdır». Məlumatlara görə ki, Əfqanıstandan alınan «tiryək» (nəşə) Güney Azərbaycanda və Türkiyədə kürdlərin kompakt məskunlaşdıqları məntəqələrdə gizli laboratoriyalarda emal olunduqduqdan sonra, hazır məhsul qismində Avropa bazarlarına çıxarılır. Avropanın qara bazarlarında İranın ucuz başa gələn narkotik vasitələrinə maraq da xeyli artıb. Tehran rejiminin nəzarətində olan şəbəkə vasitəsilə Güney Azərbaycan üzərindən narkoticarətdə Ermənistan da hər il böyük qazanc əldə edir. Orta Şərqdəki inqilabi proseslərdən sonra Misir, Liviya, Tunis, Əlcəzair, İraq, Suriya və digər ölkələrdə ermənilərə məxsus narkoticarət şəbəkələr Güney Azərbaycanda zühur ediblər. Təqribi hesablamalara görə bölgədə narkotikadan əldə olunan gəlirin 60 faizi Tehran rejiminin, 30 faizi kürdlərə məxsus PEJAK, HADEF, PKK, KDP, KOMALE və digər terror təşkilatlarının və 10 faizi erməni narkoticarətçilərin payına düşür. İranda müşahidə olunan digər məqam isə, dünyada ən gəlirli və baha qiymətə satılan narkotik maddələrin bu ölkədə çox ucuz olmasıdır. Faktiki olaraq pərakəndə satış məntəqələri bu işlə məşğuldurlar. Digər tərəfdən təhlükəli tendensiyalardan biri də Güney Azərbaycanda indi dəbdə olan narkotik maddələrin satışı və gizli evlərdə qəbulu üzrə xüsusi şəbəkələrin yaradılmasıdır. Bu şəbəkələrin hamısı dövlətin gizli nəzarəti altında idarə olunur. İranın rəsmi statistikaya görə 70 milyonluq ölkə əhalisinin 3 milyonu narkomandır. Bu hələ rəsmi şəkildə etiraf olunan rəqəmdir. Urmu vilayətinin Səmədzadə, Digalə, Kuştargah, Nahiyə, İslamabad, Əliabad, Gəcin, Balov, Kəhriz kəndlərinin tamamilə kürdlər hesabına məskunlaşdırılması, eləcə də Urmu şəhərinin əhalisinin indi dörddə birini kürdlərin təşkil etməsi, onların tamamilə narkotika alveri ilə məşğul olması, həmçinin kürdlərə məxsus evlərdə, iş yerlərində, maşınlarda PKK-nın bayrağının, türk qatili Abdulla Öcalanın şəkillərinin, «Böyük Kürdüstan» xəritəsinin nümayiş olunması faktları bölgədə hansı siyasətin aparılmasını bir həqiqət kimi ortaya qoyub. Tehran rejimi isə bütün bunlara göz yummaqda davam edir. Yaşar Xəzərin sözlərinə görə, İran Konstitusiyasında narkotik maddələrdən istifadəyə görə çox sərt qanunlar nəzərdə tutulur. Açıq şəkildə qeyd olunur ki, narkotik maddələrdən istifadəyə, onun satışına və təbliğinə görə edam cəzası şəriət qanunları əsasında əsas hökmlərdən biridir. Amma ən sərt qanunlar bəzən şovinist rejimin maraqları qarşısında qüvvəsini itirir. Sosioloqların apardığı araşdırmalar zamanı bəlli olub ki, indi İranda narkotik maddələrdən istifadə edənlərin orta yaş həddi 19-dur. Son dövrlər narkotik maddələrdən istifadə halları ən çox universitet tələbələri arasında artıb. Onların arasında daha çox qızların narkotik maddələrə meyillənməsi və əxlaqsızlığın yayılması halları çox sürətlə artmaqdadır. Bu gün İranda hətta siqaretdən daha ucuz qiymətə əldə edilən narkotik maddələr əsasən iki qismə bölünür: 1. Birbaşa beyin sinirlərinə təsir edənlər, 2. Beyin sinirləri ilə yanaşı bədəndəki digər orqanlara təsir edənlər. Birincilər sırasına gras, həşiş, ekstaz (dərman formasında), marixuana və ikinci hissəyə isə tiryək (nəşə), heroin, morfin, şişə, krak, kristal, kokain və digər uyuşdurucu maddələr daxildir. Narkotik maddələrin qiymətinin ucuzluğu bir yana, hətta istifadəsinə görə edam cəzasının nəzərdə tutulduğu uyuşdurucuları əldə etmək belə kifayət qədər asandır. Misal üçün, bir şot şüşə narkotikanın qiyməti 1500 tümən (Azərbaycanın milli valyutası ilə 40 qəpik) təşkil edir. Bunları satanlara «saqi» deyilir. Güney Azərbaycanda məqsədli şəkildə narkomaniyanın yayılması prosesinin sürətlənməsi Tehran rejiminin qeyd olunan fəaliyyətilə bağlıdır. İran hakimiyyəti Güney Azərbaycanda milli oyanışın qarşısını almaq üçün ən iyrənc üsullara əl atır. Belə ki, son illər Güney Azərbaycanda əhalinin böyük əksəriyyəti türk dilində təhsil almaq, milli-mədəni təsisatların açılması, ana dilində kitabların və qəzetlərin nəşr edilməsi, televiziya və radio kanallarının açılması, regionun iqtisadi və sosial problemlərinin həlli istiqamətində çox ciddi şəkildə tələblər irəli sürməkdədirlər. Prosesin belə bir axarda inkişaf etməsini görən Tehran rejimi fərqli forma və məzmunlarda strateji taktikasından mümkün qədər faydalanmağa çalışır. Bir tərəfdən əhalinin kütləvi şəkildə narkomana çevrilməsi, digər yandan yerli təhlükəsizlik və inzibati orqanlarda qeyri-millətlərin təmsil olunması (ən çox da kürdlər)kimi siyasətə üz tutub. Digər hədəf isə Güneydə əhalini ağır maddi sıxıntılarla üz-üzə qoymaqla demoqrafik durumun dəyişməsinə nail olmaqdır. 2003-cü ildən bəri həyata keçirilən bu strateji hədəf, Güney Azərbaycana qarşı tətbiq olunan bu ağır və üzücü siyasət son illər yerli milli ziyalılar və fəallar tərəfindən təhlil olunaraq əhalinin ictimai fikrinə yönəldilib. Geri dön |