Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan əhalisi pullarının çoxunu bu məhsullara xərcləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycan əhalisi pullarının çoxunu bu məhsullara xərcləyir

Azərbaycan əhalisi pullarının çoxunu bu məhsullara xərcləyir


2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına xərcləyib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bununla yanaşı, əhali vəsaitlərinin 14,7 faizini toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111,0 milyon manatlıq məhsul satılıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2022-ci ilin eyni dövründə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb.

Geri dön