Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Koronavirusa qarşı ən yaxşı immunitet...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Koronavirusa qarşı ən yaxşı immunitet...

Koronavirusa qarşı ən yaxşı immunitet...


Hibrid immunitet koronavirus infeksiyasına qarşı ən yaxşı qalxandır.

Kanada universitetinin alimləri koviddən qorunmaq üçün nəyin vacib olduğunu araşdırıb.

Onlar koronavirusla bağlı metanaliz aparıb.

26 elmi tədqiqatı araşdırıb belə nəticəyə gəliblər ki, pasiyent koviddən o halda tam qorunur ki, vaksinləşmənin tam kursunu keçib. Eləcə də 1-2 dəfə kovidə yoluxub sağalmaq da hibrid immunitet yaradır. Bu zaman vaksinləşmənin ardıcıllığı və fasiləsi əhəmiyyət daşımır.

Hibrid immunitet 12 aydan sonra da orqanizmdə effektiv fəaliyyət göstərir, 74% hallarda xəstəni ağır gedişatdan qoruyur.

12 aydan sonra bu faiz getdikcə azalır.

3-4 dəfə vaksin olunanlar 12 ay ərzində 94% xəstəxanaya düşməkdən, ağırlaşmaqdan sığortalana bilir.

Bununla yanaşı, digər elmi araşdırmalar əksinə vaksinlərin kovidə, xüsusən yeni mutasiyalara qarşı kiçik bir müdafiə rolunu oynadığını sübut edib.

Geri dön