Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İtaliyalı parlamentarilərə Laçın yolundakı hadisələrlə bağlı real faktlar təqdim edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İtaliyalı parlamentarilərə Laçın yolundakı hadisələrlə bağlı real faktlar təqdim edilib

İtaliyalı parlamentarilərə Laçın yolundakı hadisələrlə bağlı real faktlar təqdim edilib


Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası təbii ehtiyatlarımızın qanunsuz istismarına yönəlib və ermənilərin Qarabağda ətraf mühitə vurduğu ziyanın qiymətləndirilməsi məqsədi daşıyır. Azərbaycan regionda yeni kommunikasiyaların yaradılmasında maraqlıdır, sülhə, sabitliyə və inkişafa sadiqdir.

Bu fikirlər Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Azər Kərimlinin Romada italiyalı parlamentarilərlə keçirdiyi görüşlərdə səsləndirilib.

Qarşılıqlı maraqlara və dostluğa əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin hazırda çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyən A.Kərimli ikitərəfli əlaqələrin bugünkü yüksək səviyyəsinin təməlinin məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Deputat ötən müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşılıqlı səfərlərinin tərəfdaşlığın gücləndirilməsindəki rolunu qeyd edib, ölkəmizin başçısının ötən ilin sentyabrında 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakının əhəmiyyətini vurğulayıb.

A.Kərimlinin İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Culio Terzi ilə görüşündə İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının formalaşdırılması prosesinə dair müzakirələr aparılıb. İtaliyalı senator Azərbaycan ilə tərəfdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib. İki ölkənin dostluq münasibətlərini davam etdirməyə və möhkəm tərəfdaşlıq etməyə hazır olduqlarını qeyd edib.

İtaliya Deputatlar Palatasında Xarici əlaqələr və icma komissiyasının sədri Culio Tremonti ilə görüşdə isə ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb.

Deputatlar Palatasında Xarici əlaqələr və icma komissiyasının üzvü Ettore Rosato ilə görüşdə İtaliya parlamentinin nümayəndə heyətinin 2020-ci ildə Ermənistanın işğalından azad olunmuş ərazilərimizə səfəri xatırladılıb. Vurğulanıb ki, İtaliya parlamentarilərin ilk Qərb nümayəndə heyəti kimi ölkəmizə səfəri Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

A.Kərimlinin İtaliya Senatında Xarici əlaqələr və müdafiə komissiyasının üzvü Alessandro Alfieri, komissiyanın katibliyinin rəhbəri Ciovanni Baioççi, Deputatlar Palatasında Beynəlxalq Əlaqələr xidmətinin rəhbəri Mario di Napoli, Xarici Əlaqələr və icma komissiyasının vitse-prezidenti Quartapelle Prokopio Lia, “Lega Salvini Premier - Partito Sardo d'Azione” siyasi qrupunun rəhbəri Rikardo Molinari, “Partito Democratico - Italia Democratica e Progressista” siyasi qrupunun rəhbəri Debora Serroççiani, Müdafiə komissiyasının üzvü Roberto Baqnasko və “Fratelli d'Italia” siyasi qrupunun rəhbəri Foti Tommaso ilə görüşlərində italiyalı parlamentarilərə azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasının məqsədi və baş verənlərlə bağlı reallığı əks etdirən faktlar təqdim olunub.

İtaliyalı parlamentarilər Azərbaycanın İtaliyanın strateji tərəfdaşı olduğunu, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksələn xətlə inkişaf etdiyini bildiriblər.

Qeyd edilib ki, İtaliya Azərbaycanın, Azərbaycan isə Cənubi Qafqaz regionunda İtaliyanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan uzun illərdir İtaliyanın əsas neft tədarükçüsüdür, TAP boru kəmərinin istismara verilməsi ilə ölkəmiz İtaliyanın əsas təbii qaz tədarükçülərindən birinə çevrilib. Ölkələrimiz arasında əməkdaşlıq təkcə enerji sektoru ilə məhdudlaşmır, hazırkı strateji tərəfdaşlıq siyasi-institusional və humanitar sahələrdə möhkəm təməllər üzərində qurulub, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar var. Prezident İlham Əliyevin İtaliyaya sonuncu səfəri çərçivəsində Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının və Mədəniyyət Mərkəzinin açılışı, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində ADA Universiteti ilə İtaliyanın beş aparıcı universiteti arasında əməkdaşlığa dair imzalanmış sazişlər mübadiləsi bunun bariz nümunəsidir. Vurğulanıb ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

A.Kərimli Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binası və Mədəniyyət Mərkəzinin ekspozisiya zalları ilə də tanış olub.

Nihad Budaqov

Geri dön