Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasət > Barzanidən Bütöv Azərbaycana qarşı sərsəm açıqlama
Barzanidən Bütöv Azərbaycana qarşı sərsəm açıqlama |
Vaşinqtonun oyuncağı olan Məsud Barzani Azərbaycan xalqının birləşmək istəmədiyini iddia etməyə başlayıb.
Şimali İraqda müstəqil kürd dövlət ideyasını həyata keçirmək istəyən kürd liderlər Türkiyə hakimiyyətinin buna razılıq verməsi, Türkiyədə ictimaiyyətin də bunu normal qəbul etməsi üçün təhqiramiz bir formada Azərbaycan modelini qabartmağa başlayıblar. Kərkükün kürd əsilli valisi Necmeddin Kerimin jurnalist Ruşen Çakıra müsahibəsində də bu məqam xüsusi yer alıb. Bu barədə Türkiyənin “Vatan” qəzeti xəbər yayıb. Qeyd edək ki, Necmeddin Kerim İraq Kürdüstan Demokrat Partiyasının sədri olmuş Molla Mustafa Barzaninin mühafizəçisi olub. Molla Mustafa Barzani hazırda Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri olan Masud Bərzaninin atasıdır. Necmeddin Kerim 1976-cı ildə Molla Mustafa Barzani ilə ABŞ-a (Amerika Birləşmiş Ştatları) gəlib, neyrocərrah ixtisasına yiyələnib, Vaşinqtonda Kürd İnstitutuna rəhbərlik edib. O, iki il əvvəl də Kərkükün valisi olub, hazırda Məsud Barzaninin ən çox etimad bəslədiyi insanlardan biridir. Məsud Barzani və digər kürd liderlərin hazırda əsas məqsədi neft ehtiyatları ilə zəngin tarixi türkmən şəhəri Kərkükü Şimali İraq Kürd Muxtariyyətinin tərkibinə daxil etmək və sonrakı mərhələdə paytaxtı Kərkük olan müstəqil kürd dövləti yaratmaqdır. Ancaq həm Kərkükün taleyi, həm də Şimali İraqda yaradılacaq müstəqil kürd dövləti Türkiyə üçün ciddi problem sayılır. Bu, Türkiyədə kürd separatizminin daha da alovlanmasına gətirib çıxara bilər. Çünki son məqsəd vahid Kürdüstan dövləti yaratmaqdır. Hazırda Məsud Barzaninin sözçüsü kimi çıxış edən Necmeddin Kerim isə Ruşen Çakıra müsahibəsində Türkiyəni və türk xalqını İraqda müstəqil kürd dövlətinin yaranmasından narahat olmamağa çağırıb: “Hər ölkənin şərtləri müxtəlifdir. Əgər Türkiyə özünün kürd problemini həll edərsə, narahatlıqlarını da aradan qaldırar. Azərbaycan örnəyi ortadadır. İran Azərbaycanında Azərbaycan Respublikasından daha çox azərbaycanlı yaşamasına baxmayaraq, Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra onlar müstəqillik axtarmağa başlamayıblar. Əgər İran Azərbaycanında yaşamaq istəməyənlər varsa, Azərbaycana gedə bilər. Eyni şey Türkiyə kürdləri ilə İraq Kürdüstanı arasında da yaşana bilər...” Beləliklə, Məsud Barzani parçalanmış Azərbaycan xalqının birləşərək müstəqil bütöv Azərbaycan dövləti yaratmaq istəmədiyi barədə təəssürat yaratmağa çalışır və sözçüsü vasitəsi ilə bunu ictimai müzakirəyə çıxarmağa çalışır. Halbu ki, Azərbaycan xalqının hər bir fürsətdə birləşməyə can atması bütün tarixçilərə aydındır. Geri dön |