Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > BMT-dən İrana önəmli çağırış
BMT-dən İrana önəmli çağırış |
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan Hüquqları üzrə Ali Komissarlığı İranı yeniyetmələrin edamına və ölüm hökmünün ictimai yerlərdə icra edilməsinə son qoymağa çağırır.
Təşkilatın sözçüsü Sisil Pibli bildirib ki, komissarlıq 2013-cü il yanvarın 16-da 21 yaşlı Əli Nadirinin edam olunmasından dərin təəssüf hissi və ciddi narahatlıq keçirib: “Çünki bu şəxs yeniyetmə çağlarında, yəni 17 yaşında cinayət törədib və guya bir qadını qətlə yetirib. Məlumdur ki, yaşı 18-dən aşağı olan şəxslərin edam olunması beynəlxalq konvensiyalara görə yolverilməzdir. İran bununla bağlı beynəlxalq konvensiyalara da qoşulub. Bu konvensiyalara görə, cinayət törədən şəxs 18 yaşdan kiçikdirsə, edam cəzasına məhkum edilə bilməz”. S.Piblinin sözlərinə görə, Ə.Nadiri 2011-ci ilin sentyabrından indiyədək İranda dara çəkilən ilk yeniyetmədir: “Bu müddət ərzində yalnız bir yeniyetmənin edam edilməsi onu göstərir ki, İran da bu cür edamlara son qoymağa çalışır. Ancaq biz Tehrandan yeniyetmələrin edamını tamamilə dayandırmasını istəyirik. Bu ölkədə hazırda 5 nəfər edam olunacağı günü gözləyir. Bunlar Məhəmməd Əli Əmuri, Seyid Cabir Əlquşkə, Seyid Muxtar Əlquşkə, Haşim Şəbani Əmuri və Hadi Raşididir. Onları hər an edam cəzası gözləyir. Biz bu məhbusların təkrar mühakimə olunmasını istəyirik və onların işgəncəyə məruz qalması ilə bağlı yayılan xəbərlərdən narahatıq”. S.Pibli əlavə edib ki, İranda 2012-ci ildə 400 nəfər edam olunub: “Onların əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Ancaq beynəlxalq konvensiyalarda bu cür ittihamlara görə insanların ölüm cəzasına məhkum edilməsi nəzərdə tutulmayıb. Ona görə də biz İran hökumətindən edamları məhdudlaşdırmağı tələb edir və beynəlxalq konvensiyalara hörmət qoymağa çağırırıq”. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü həmçinin İranda ictimai yerlərdə icra edilən edamları da kəskin şəkildə pisləyib: “2012-ci ildə İranda 55 nəfər əhalinin gözü qarşısında edam edilib. Biz 2013-cü ildə də İranda ictimai yerdə ölüm hökmünün icra edilməsi barədə məlumat almışıq. Buna misal olaraq ötən bazar günü iki nəfərin parkda əhalinin qarşısında dara çəkildiyini deyə bilərik. Bu addım insanlığa sığmayan və təhqiramiz bir hərəkətdir. Eyni zamanda ictimai yerdəki edamlar həm dara çəkilən insana, həm də həmin səhnəni görən adamlara pis təsir göstərir”. Geri dön |