Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TƏBİB: COVID-19-a yoluxma minimal həddədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > TƏBİB: COVID-19-a yoluxma minimal həddədir

TƏBİB: COVID-19-a yoluxma minimal həddədir


Hazırda Azərbaycanda koronavirusa yoluxma halları minimal həddədir.

Bunu müsahibəsində TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

O bildirib ki, 2022-ci ilin son həftələrində yoluxma hallarında 50 faiz azalma müşahidə edilib: “2021-ci ildə gündəlik ortalama yoluxma 1.091, 2022-ci ildə 607 olduğu halda, noyabr ayı ərzində bu göstərici 35 olub. 2022-ci il üzrə müsbət nəticələrin ümumi testlərdə payı (yoluxma əmsalı) ortalama 7 faiz, son iki ay üzrə ortalama isə 2.2 faiz təşkil edib. Hospitalizasiya əmsalı 2021-ci ildə 11,7 faiz , 2022-ci il üzrə isə 3 dəfə azalaraq 3,7 faiz olub. Qeyd edilmiş statistik məlumatlara əsasən ötən dövrlərlə müqayisədə COVID-19-a yoluxma minimal həddədir”.

Geri dön