Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran ya təslim olacaq, ya da şam kimi əriyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran ya təslim olacaq, ya da şam kimi əriyəcək

İran ya təslim olacaq, ya da şam kimi əriyəcək


İranın keçmiş prezidenti Məhəmməd Xatəmi yanvarın 22-də islahatçı gənclərlə görüşündə ölkənin siyasi və ictimai durumundan, qarşıdan gələn prezident seçkisindən danışıb.
Məhəmməd Xatəmi deyib ki, ölkənin keçmiş və hazırkı dini liderləri olan ayətullah Ruhullah Xomeyni və ayətullah Əli Xamneyinin tənqidinə yasaq səhv addımdır: “Bu, səhv bir təsəvvürdür. Onlar da adi insanlardır. Məhz buna görə də tənqid olunmalıdırlar. Mən ölkənin indiki durumunu çox pis görürəm. Hesab edirəm ki, sanksiyalar və ölkə daxilindəki digər problemlər ya İranı təslim olmağa vadar edəcək, ya da onu bir şam kimi əridib məhv edəcək. Bu isə həddən artıq böyük bir təhlükədir.
Belə bir həssas şəraitdə biz islahatçılar üzümüzü hakimiyyətə yox, xalqa çevirməliyik. Bu o demək deyil ki, hakimiyyətə arxa çevirək. Hakimiyyət bizə arxa çevirib. Biz isə alicənablıqla buna dözürük. Biz bundan əvvəl demişik, yenə deyirik ki, indiki böhrandan çıxmaq üçün ölkənin müxtəlif sahələrdə yürütdüyü siyasətlərə yenidən baxılmalıdır. Nifrət təbili çalaraq bir qrup şəxsi meydandan çıxarmaq, onlara qarşı istənilən kobud rəftarı təsdiqləmək, zülmə məruz qoyulan şəxslərə isə özlərini müdafiə etmək imkanı verməmək ölkənin milli maraqlarına qarşı addımdır”.
Qarşıdan gələn prezident seçkisindən danışan Məhəmməd Xatəmi islahat tərəfdarlarının passivliyindən gileylənib: “Təəssüflər olsun ki, biz yalnız seçkilər gələn kimi bir yerə toplaşırıq və bu birlik seçki qurtarana qədər davam edir. Sonra da bir yerə toplaşmağımız qalır növbəti seçkilərə. İslahat tərəfdarlarının daha ciddi və əsaslı proqramları olmalıdır”.

Geri dön