Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Sosial > Metro və avtobuslarda gedişhaqqının bahalaşmasının səbəbləri
Metro və avtobuslarda gedişhaqqının bahalaşmasının səbəbləri |
Xəbər verdiyimiz kimi, Azərbaycanda metro və avtobus nəqliyyatında sərnişindaşıma qiymətləri 10 qəpik artırılıb.
Tarif (qiymət) Şurası son qiymət dəyişikliyi barədə qərarı daşıyıcı şirkətlərin müraciəti əsasında verib. Hansı ictimai nəqliyyatın qiyməti nə qədər qalxıb? - Tarif Şurasının qərarı ilə metro və avtobusda nəqliyyatında sərnişindaşıma tarifi 40 qəpik olub. Əvvəl bu rəqəm 30 qəpik idi. - Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə də yeni tariflər müəyyənləşdirilib. Yeni qərara əsasən, tarif məsafədən asılı olaraq 40 qəpik - 1 manat arası olacaq. Əvvəl isə bu tarif 30-90 qəpik arasında dəyişirdi. - Müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunacaq. Əvvəl 2,4 qəpikdən hesablanırdı. - Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutları üzrə də qiymət dəyişikliyi edilib. Fevralın üçündan Bakı-Sumqayıt marşrut xətləri üzrə sərnişindaşıma 50 qəpiyə deyil, 60 qəpiyə həyata keçiriləcək. Qeyd edək ki, sərnişindaşıma xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında verilib. Bəs, qiymət dəyişikliyinə səbəb nədir? Bu artımın səbəbini 2 məsələ ilə əlaqələndirmək olar: 1. Qlobal bahalaşmanın sərnişindaşıma xərclərini artırması 2. Sərnişin sayının azalması Gedişhaqqının bahalaşmasının əsas səbəbini qlobal bazarlarda baş verən iqtisadi təlatümlər və bu prosesin Azərbaycana təsiri ilə izah etmək olar. Qlobal bahalaşma xüsusilə sərnişindaşımanın maya dəyərinə ciddi təsir göstərir. Son 5 ildə yaranan pandemiya və qlobal iqtisadiyyata mənfi təsir edən yeni münaqişə ocaqları ərzaq, nəqliyyat və digər sekorlarda rekord bahalaşmaya səbəb olub. Təbii ki, Azərbaycan iqtisadiyyatı da qlobal bazarla sıx əlaqəli olduğu üçün vətəndaşlarımız bu qiymət artımını hiss edir. Qitmət artımı sərnişindaşıma ilə birbaşa əlaqəli olan ehtiyat hissələrinin idxal qiymətlərində, təmir xərclərində, avtomobillər üçün yağ və digər zəruri materiallarda, daşıma xidmətlərinin yaxşılaşdırılması üçün qurulan infrastrukturun xərclərində özünü göstərir. Həmçinin 5 il əvvəllə müqayisədə yanacaq qiymətlərindəki artım sərnişindaşıma xidmətlərinin maya dəyərinə təsirsiz ötüşməyib. Rəsmi statistika rəqəmlərə görə, həm metroda, həm avtobuslarda mövcud tariflər sərnişin daşınmasının maya dəyərindən aşağıdır. Maraqlıdır, bir sərnişinin danınması üçün nə qədər pul xərclənir? ● Rəsmi rəqəmlərə görə, metroda 1 sərnişinin daşınmasının maya dəyərinin 2023-cü ildə 82 qəpik olacağı gözlənilir; ● Şəhərdaxili avtobus marşrutlarında bu rəqəm amortizasiya xərci ilə birlikdə 33,5 - 57,4 qəpik arasında dəyişir. Məlum olur ki, orta qiymət 40 qəpikdən artıqdır. Sərnişindaşımanın maya dəyərinin çoxalması isə qiymət artımını qaçılmaz edir. ■ Maya dəyərinə mənfi təsir edən əsas səbəblərdən biri sərnişin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır. Eskpertlərin fikrincə, 2022-ci il ərzində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki dövrün cəmi 62%-ni təşkil edib. Hazırda sərnişindaşımada pandemiyadan əvvəlki dövrün göstəricilərinə dönmək mümkün olmayıb. Bütün sadalanan məqamlar sərnişindaşıma şirkətlərinin ziyanla işlədiyini deməyimizə əsas verir. Sərnişindaşımanın maya dəyərinin artması daşıyıcı şirkətlərin Tarif Şurasına müraciəti ilə nəticələnib. Qeyd edək ki, yeni tariflərlə gündəlik metrodan və ya şəhərdaxili marşrutlardan istifadə edən bir vətəndaşın payına düşən aylıq artım 4-6 manat təşkil edəcək. Geri dön |