Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayıllıda kütləvi aksiya - məmurların oteli, villası yandırıldı - YENI FOTOLAR+YENİLƏNİB
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > İsmayıllıda kütləvi aksiya - məmurların oteli, villası yandırıldı - YENI FOTOLAR+YENİLƏNİB

İsmayıllıda kütləvi aksiya - məmurların oteli, villası yandırıldı - YENI FOTOLAR+YENİLƏNİB

İsmayıllı rayonunda sakinlər nazirə məxsus oteli, icra başçısının villasını, bahalı maşınları yandırdılar...

Yanvarın 23-də axşam saatlarında İsmayıllıda gərgin hadisələr yaşanıb. Uzun müddətdir əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov və onun yaxın dostlarının özbaşnalıqlarına məruz qalan İsmayıllı sakinləri axşam saatlarında ayağa qalxaraq nazirə məxsus olduğu bildirilən "Çıraq" otelini yandıraraq külə döndəriblər.

Hadisə ilə bağlı Davam.az-a yeni məlumatlar daxil olub.

Yerli sakinlərin əməkdaşımıza vediyi məlumata görə, hadisəyə səbəb əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yaxın adamlarının rayonda özbaşnalıq etməsi və İsmayıllı camaatına qarşı sayğısız davranmaları olub.
Sakinlər bildiriblər ki, nazirin oğlu Vüqar ələkbərov və onun dostları sərxoş halda rayonda sadə insanlara sataşaraq, onların ünvanına təhqirəmiz ifadələr səsləndiriblər. Mübahisə zəminində nazir oğlunun dostu ismayıllıların ünvanına söyüş söyüb və sakinlərə qarşı əxlaqsız davranışlar edib.

Bundan qəzəblənən İsmayıllı sakinləri nazirə məxsus olduğu bildirilən “Çıraq” otelə hücum edək obyekti yandırıblar. Orada nazirin oğlunun "Hummer" markanlı avtomili də yandırılıb. Hazırda İsmayıllıda vəziyyət gərgindir, hadisə yerinə çoxlu polis qüvvəsi cəlb olunub. Sakinlər arasında hələlik saxlanılanların olub-olmaması haqda məlumat yoxdur.

***

Davam.az-a daxil olan yeni məlumatlara görə, sakinlər İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərova məxsus villanı da daş-qalaq edirək yandırırlar. Həyətdə olan maşınlar, motosikletlər də yandırılıb. Polis qüvvəsi səfərbər edilsə də, sakinlərin qarşısını almaq mümkün olmayıb. Aksiyada 5 mindən çox sakinin iştirak etdiyi bildirilir. Sakinlər icra başçısının istefa verməsini tələb edirlər.

***

Hazırda hadisə yerində olan sakinlərdən əməkdaşımıza bildirilib ki, narazı sakinlərin qarşısını almaq üçün hadisə yerinə qonşu Şamaxı rayonundan polis əməkdaşları cəlb olunublar.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.

***

İndi aldığımız məlumata görə, hadisə ilə bağlı DİN Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev idarənin rəisi general-mayor Yaşar Əliyevin tapşırığı ilə İsmayıllıya yola düşüb.

***

İsmayıllı rayon Polis İdarəsinin növbətçi hissəsindən "Azadlıq" radiosuna hazırda rayonda vəziyyətin gərgin olduğunu deyiblər. Növbətçi polis otelin və icra başçısı Nizami Ələkbərovun evinin yandırıldığı haqda məlumatları təsdiq edib. Bununla belə o qeyd edib ki, hazirda geniş məlumat vermək imkanları yoxdur.

Geri dön