Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Zəngəzur dəhlizinə olan təzyiq niyyətləri ön sırada durur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Zəngəzur dəhlizinə olan təzyiq niyyətləri ön sırada durur

Fərəc Quliyev:Zəngəzur dəhlizinə olan təzyiq niyyətləri ön sırada durur


44 günlük müharibədə Ordumuzun şanlı qələbəsinə mane ola bilməyən İran bu dəfə Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etməməyə, Azərbaycanın uğurunun təsirini uzaq perspektivdə azaltmağa çalışdı.

Bu çalışmalar bu gün də davam edir və əsasən, Azərbaycanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz birbaşa əlaqəni təmin etmək üçün yaradılan Zəngəzur dəhlizinin icrasının qarşısını almağa yönəlib.

Bu narahatlıq, ilk növbədə, öz sərhədlərində qüdrətli Azərbaycan dövlətinin olmaması və bütün türk dövlətləri arasında birbaşa əlaqə yaradılmaması istəyindən qaynaqlanır. Dəhliz Mərkəzi Asiyanın türk dövlətlərini, daha geniş mənada isə Çin də daxil olmaqla Asiya qitəsini Türkiyə vasitəsilə Avropaya bağlayacaq, iqtisadi rifahı qat-qat artıracaq perspektivli qlobal kommunikasiya xəttidir. Dəhlizdən, onunla yanaşı, qlobal iqtisadi yollardan kənarda qalacağından qorxan İran yeni yolun regional önəmini də dəfələrlə azaldacağını düşünür.

Təsadüfi deyil ki, İranın hakim dairələrinə yaxın media resursları və ekspertlər bu yolu Turan dəhlizi adlandırır. Rəsmi Tehran hər vəchlə bu layihənin reallaşmasına qarşı çıxır və tez-tez Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olduğunu bəyan edir.

Tehrandakı səfirliyimizə edilən terror İranın Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana qarşı qərəzli, praqmatik yanaşmadan çox emosiyalara və qorxuya əsaslanan siyasətinin davamı sayıla bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Tehrandakı hasisənin terrordan bsşqa adı yoxdur: “Biz bunu nümayiş edilən kadrlardan da aydın şəkildə görürük. Nümayiş edilən kadrlara baxanda da, bu açıq-aydın öz təsdiqini tapır. Özü də bu, dövlət səviyyəsində həyata keçirilən terrordur. Belə olmasaydı, səfirliyin binasını mühafizə etməli olan adam prosesə elə susqun mövqe nümayiş etdirməzdi. Terrorçunun içəri daxil olarkən hansısa əlamətli bir kağızı göstərib içəri keçməsi hər detalın planlı olduğu təəssüratını yaratmış olur. İranda inqilabi şərait olduğu üçün bütün avtomobillər ciddi yoxlanılır. Xüsusilə də səfirlik olan əraziyə silahla daxil olmaq təəccüblüdür. Terroristdən İran mətbatının dərhal müsahibə alması da göstərir ki, burada dövlətin marağı olub. Sadəcə, nəzərdə tutduqları şəkildə bu alınmadı. Bu terroru törətməkdə İran rejiminin bir neçə məqsədi olub. Birincisi, bununla İran rejimi orada yaşayan azərbaycanlıların gözünü qırır. Çünki gördülər ki, 44 günlük müharibə zamanı onlar Araz çayı qırağına gəlib, bizə necə dəstəklərini ifadə etdilər. Göstərmək istəyirlər ki, sizin güvəndiyiniz Azərbaycan dövlətinin səfirliyini bu şəkilə sala bilərik və onlar heç özlərini qoruya bilmirsə, sizi necə qoruyacaqlar? Bununla həm də digər ölkələri hədələyirlər ki, eyni addımı onlara qarşı da ata bilərlər. Bir müddət əvvəl İran rejiminin gizli nümayəndələri tərəfdən çağırış olmuşdu ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə keçən yük maşınlarını yandıracaqlar. Həm də çalışırlar ki, Azərbaycan tərəfi iqtisadi dividend götürə bilməsin. Həm də bir razılaşmaları var ki, Ermənistan öz, İran da öz tərəfindən bu layihənin reallaşmasına mane olsun. Bilirsiniz ki, İran ərazisindən Zəngəzura alternativ olan bir yolun da çəkilməsinə razılıq verilib. İran vəziyyəti bəhanə edib, öz ərazisindən keçən yolun inşasını da ləngitməyə çalışacaq. Yəni çoxbaşlı oyunlar oynayırlar. Tarixlərində olan təcrübəni də təkrarlamaqla mesajlar verirlər. 1979-ci ildə İrandakı ABŞ səfirliyinin əməkdaşlarını girov götürməklə öz “güclərini” nümayiş etdirdilər. Zənn edirlər ki, bu əməliyyatdan da hansısa dividend götürə bilərlər. Bu göstərir ki, İran yaxın qonşuluq münasibətlərinə hazır deyil. Harda mənfəətləri varsa, orda olmağa çalışırlar. Həm də sonlarının çatdığının fərqindədirlər. İran müxtəlif dövlətlərin daxilində də terror hərəkətləri edir. Zəngəzur dəhlizinə olan təzyiq niyyətləri isə ön sırada durur”.

Partiya sədrinin sözlərinə görə, İranın etdiyi bu hərəkət həmin ölkənin Azərbaycandakı hücrələrinə də fəallaşmaq üçün mesaj ola bilər: “Hüquq-mühafizə orqanlarımız sayıq işləyir. Əhalimiz də bu yöndə əlaqədar qirumlarımıza yaxından kömək etməlidir. Ən ciddi məsələlərə hazır olmamız vacibdir”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön