Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:İrana, başqa ölkələrə işləyən siyasi partiyalar varsa...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:İrana, başqa ölkələrə işləyən siyasi partiyalar varsa...

Fərəc Quliyev:İrana, başqa ölkələrə işləyən siyasi partiyalar varsa...


“İrana, başqa ölkələrə işləyən siyasi partiyalar varsa, birmənalı şəkildə nəinki ləğv olunmalı, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Bu sözləri Azərbaycanın siyasi cameəsində də İran agenturasının olma ehtimalını dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, İrana və başqa ölkələrə işləyən partiya və ya QHT-lər varsa, onlara düşmən kimi baxırlar və onlara qarşı mübarizə aparacaqlar:

“Azərbaycanda bütün siyasi partiyalarla çox yaxşı münasibətim var. Bir məsələ var, başqa dövlətlərə alət olan, əli başqa dövlətlərin cibində olan, başqa dövlətlərin “uşaqlığını” edən partiyalarla heç bir münasibətimiz ola bilməz. Milli maraqlara uyğun davranış hansı partiya tərəfdən olursa-olsun – iqtidar, ya müxalifət biz ona dəstək verəcəyik. Milli maraqlara zidd hərəkət edən partiyaların qarşısındayıq.

Müəyyən bəyanatlar verən, İranı müdafiə etməyə çalışan partiyalar vardı. Onlar haqqında ittiham irəli sürə bilmərəm. Günahsızlıq prezumpsiyası deyilən termin var. Məhkəmə qərarı olmadan kimisə günahlandırmaq mümkün deyil. Dövlət Təhlükəsizlik Xidməti çox peşəkar işləyir. Hesab edirəm ki, bu məsələyə də ciddi şəkildə baxmalıdılar.

Media ictimai rəyi müəyyənləşdirir. Siyasi partiya adından da göründüyü kimi fəaliyyəti hakimiyyətə gəlmək iddiasıdır. Hansısa ölkənin xidmətində dayanan partiya hakimiyyətə gələrsə, ölkə uçuruma gedər. Bu çox təhlükəli tendensiyadır. Ona görə də bu istiqamətdə ciddi araşdırmalar aparılmalıdır. Belə təşkilatlar varsa, birmənalı şəkildə nəinki ləğv edilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Zamanında da ləğv olunmuş partiya olub.

Hətta şəhidlərimizin qəbri üstündə “Hüseyniyyə” adlı təşkilat qadınları gətirib təbliğat aparırdı. Ona görə də bu məsələdə heç kəsə güzəşt etmək olmaz”.

Səxavət Məmməd/yenicag.az

Geri dön