Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Bütün bu faktlar terrorun İran dövləti tərəfindən təşkil olunduğunu sübut edir
Fərəc Quliyev:Bütün bu faktlar terrorun İran dövləti tərəfindən təşkil olunduğunu sübut edir |
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu həyata keçirən Yasin Hüseynzadənin silahı necə əldə etməsilə bağlı sosial şəbəkələrdə maraqlı məlumat paylaşılıb. Bildirilib ki, Yasinin hücumda istifadə etdiyi silah qatlanan “Kalaşnikov AK-47” markalı avtomatdır:
“Hadisədən sonra həmin silahın fotosu yayılıb. Səfirliyin təhlükəsizlik əməkdaşının sözlərinə görə, silahın seriya nömrəsi saxtalaşdırılıb, qundağın üzərində isə onun seriya nömrəsi “N-12067”-dir. Bu da onun İranda nömrələndiyini göstərir. Silah 2000-ci ilin mart ayınadək Zəncanın polis qüvvələrinin silah-sursat anbarında saxlanılıb. Son qeydə alındığı yer isə Luristan polisidir. Belə ki, 25 iyun 2019-cu ildə Luristan əyalətinin Polis İdarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən bu silah qəbul edilib”. Başqa sözlə desək, terrorçunun istifadə etdiyi silah İran hüquq-mühafizə orqanlarına məxsusdur. Eyni zamanda müəyyən olunub ki, Azərbaycanın Tehranda yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib. Bu barədə İran mətbuatı məlumat yayıb. Cinayət işinin istintaqını aparan Tehran Cinayət Prokurorluğu hesab edir ki, Y.Hüseynzadə, şizofreniya da daxil olmaqla, psixi problemlərdən əziyyət çəkir. Bu iki fakt terror aktının törədilməsində İran rəsmi dairələrinin aşkar izini müəyyən edirmi? O da məlum olur ki, İran terroru törədən şəxsə “şizofreniya xəstəsi” adını qoymaqla ustalıqla terror versiyasını arxa plana keçirmıyə cəhd edir. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bu faktlar terrorun İran dövləti tərəfindən təşkil olunduğunu sübut edir: “ Əvvəldən də məlum idi. Görüntülərdən məlum olur ki, terrorist səfirliyimizə daxil olanda İran mühafizəçisi heç bir reaksiya vermir. Ona hansısa bir sənəd göstərib, keçə bilir. Burada avtomat silahın da artıq İran dövlətinə məxsus olması öz təsdiqini tapır. Bu onu göstərir ki, onlar bu işi qurublar, onu silahlandırıb göndəriblər. Ruhi xəstəxanaya salmaqla bağlı məsələdə onu müdafiə etməyə çalışırlar ki, guya ağlısız adamdı. Ağılsız adamdısa, əlində silah İran qərargahını niyə dağıtmır? Və yaxud deyirlər ki, Azərbaycan kökənlidi. Elədirsə, bilir ki, Azərbaycan Ermənistanla düşməndir. Ermənistan səfirliyini niyə dağıtmır? Deməli bu, İran rejiminin siyasi baxışlarının terror qismində təzahürüdür, bilərəkdən qurublar. İranda qaydadır bu, öz adamlarını da müdafiə edirlər. Mən həbsda olanda, xatırlayıram ki, İran tərəfdən xeyli narkotik gətirənlər həbs olunmuşdu. İki dövlət arasında məhbusların dəyişdirilməsi ilə bağlı İranla Azərbaycan arasında razılaşma var idi. Cəzasını çəkib qurtarmayan məhbusları İrana verirdilər. Narkotik daşıyanları İran dərhal ora çatan kimi buraxırdı. Çünki öz adamları idi. Bu adamı da ağılsız kimi göstərib dəlixanaya salmaq o deməkdir ki, onu oradan buraxacaqlar. Məsələ burasındadır ki, İran tərəfinin nə cür davranmasından asılı olmayaraq, bütün bunlar artıq sübut olmuş məsələdir. Özlərinə bəraət qazandıra bilməzlər. Çünki bu adamın çox təzadlı davranması, terrordan dərhal sonra İran televiziyalarının ondan müsahibə alınması təəccüb doğurur. Dünyanın heç bir yerində belə şey görünməyib. Həbs olunan kimi dərhal saxlanılıb, istintaqa cəlb edilməlidir. O isə ictimaiyyətə müraciət edir, fikirləri yayılır. Bu birmənalı şəkildə bir oyundur. İranın Azərbaycana qarşı düşmənçiliyinin nəticəsidir. Mən qeyd edirəm ki, əslində həm də müharibə elanıdır. Təkcə Quzey Azərbaycan Respublikası deyil, Güney Azərbaycanda olan 40 milyonluq insanımıza qarşı müharibə elan etməkdir. 40 milyon azərbaycanlı bu məsələdə səsini qaldırmalıdır. Dediyimi bir daha təkrarlayıram ki, bu cinayətkar Azərbaycana təhvil verilməlidir. İran qanunlarına görə İran ərazisində bu cinayət törədilirsə, onlar ittiham etməlidir. Amma hadisə Azərbaycan ərazisində baş verib. Çünki səfirlik Azərbaycan ərazisi sayılr. O zaman bizim qanunlar əsas götürülməlidir. Biz onu alıb, özümüz istintaq etməliyik. Onların bu cür primitiv müdafiə üsulları qurması lazımsızdır. Ola bilər ki, həmin adamı bizə verməsinlər. Hər halda cəmiyyət də, dövlətimiz də, diasporda olanlarımız da, Güneydə yaşayan 40 milyon insanımız da bilməlidir ki, vəziyyət nə yerdədir və adekvat addımlar atılmalıdır”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |