Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ACI TƏCRÜBƏLƏRİ İZLƏMƏK, YOXSA TƏDBİR GÖRMƏK?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > ACI TƏCRÜBƏLƏRİ İZLƏMƏK, YOXSA TƏDBİR GÖRMƏK?

ACI TƏCRÜBƏLƏRİ İZLƏMƏK, YOXSA TƏDBİR GÖRMƏK?


Aran ƏRDƏBİLLİ

ABŞ başda olmaqla Qərbin bölgədə həyata keçirdiyi “Ərəb baharı” adlı siyasi xəritənin yenidən bölüşdürülməsi əməliyyatı regiondakı Türklüyün durumuna necə təsir edəcək? Bu proseslərdən bölgə Türklüyü qazanacaqmı, yoxsa itirəcəkmi? Əslən Güney Azərbaycandan olan, hal-hazırda Türkiyədə yaşayan politoloq Aran Ərdəbilli son araşdırmasında bu problemə toxunmuşdur.

İRAQ TÜRKMƏNLƏRİ
Köşə yazarı Fikret Bila «Millyyet» qəzetindəki yazısında İraq türkmənləri haqqında bunları deyib: “ABŞ-ın İraqı işğal etməsi və sonradan yaşanan proseslərdə İraq türkləri çox çətin günlərə düşdülər. Yalnız şəhidlərin hesabına ayaqda dura bildilər. Hücumlara məruz qaldılar, döyüşən tərəflərin arasına düşdülər, yerlərindən edildilər, öldürüldülər, qovuldular... İndi oxşar vəziyyətdə Suriya türkləridir”.
İraqın 2003-cü ildə işğalından sonra ABŞ ilə Tələbani və Bərzani arasında anlaşmalar həm də bölgə türklüyünün əleyhinə olmuş və hələ də bu durum davam etməkdədir. Beləcə, 2003-dən etibarən türkmənlər və onların əsas şəhəri olan Kərkük və ətrafı kürdlərin hücumlarına məruz qalmışlar. Bu oyunların oynanılmasında isə Bərzani və Tələbaninin əsas rolları vardır.
Tələbani hər nə qədər guya sülhsevər kimi göstərilsə də, bölgənin, xüsusilə Kərkükün kürdləşdirilməsində böyük rolu olmuşdur. 2003-2007-ci illər arasında terrorla türkmən liderləri öldürülmüşdür. İraqlı rəqibləri tərəfindən «fırıldaq Cəlal» və «diplomatik pozğun» adlandırılan Tələbani minlərlə türkmən ailəsini peşmərgə gücləri ilə Kərkükdən zorla qovdurdu. Kərkükü kürd bölgəsinə qatmaq üçün şəhərin demoqrafik durumunu dəyişdirdi. 2003-2007-ci illər arasında ailələri ilə birlikdə 600 min peşmərgə şəhəri yerləşdirildi.
Bu arada Cəlal Tələbaninin səhhətinin pisləşməsi regionda gedən proseslərin dərinləşməsindən xəbər verir. İddialara görə, Bərzaninin yerinə Kürdistan Demokrat Partiyasından İraqın prezidentliyə yeni namizəd verilməsinə ABŞ dəstək verməmişdir. Hətta sonuncu Ərbil –Bağdad xəttindəki gərginliklərdə Bərzaninin Kərkükə girişi belə türkmənlər və türkmən cəbhəsi, həmçinin Salihi tərəfindən qadağan edilmişdir.
SURİYA TÜRKLƏRİ
İraqın son dönəmdəki gərginliyi davam edərkən Suriya qanlı günlərini yaşamaqdadır. Burada da türklər ağır durumdadırlar. İraqda olduğu kimi Suriya türklərinin də vəziyyəti getdikcə çətinləşir.
Əslən Suriyanın türk Bayır-Bucaq bölgəsindən olan və hal-hazırda MHP-nin qrup başkan vəkili Mehmet Şandır Suriya türklərinin ağır durumunu Türkiyə xarici işlər naziri Davudoğlunun da qatıldığı İstanbuldakı Suriya türkmənləri toplantısında dilə gətirmişdir. Toplantıda Mehmet Şandır demişdir: «...Suriyada 4 milyon türk yaşadığını bilməliyik və xüsusilə də Həma, Humus bölgəsi və Hələb çevrəsində olmaq üzrə Suriyanın hər bölgəsində ümumilikdə 5 min türkmən öldürülmüşdür. Bir çox türkmən kəndləri qiyamçı ərəblər və Əsəd qoşunları tərəfindən yer üzündən silinmiş, 40 min nəfər türkmən Türkiyəyə və qonşu ölkələrə sığınmışlar...».
XXI əsr Türkiyə İnstitutu başkanı professor doktor Ümit Özdağ Suriya türkləri ilə bağlı bir neçə ay əvvəl vəziyyəti bu cür analiz etmişdir: “Suriyada təşkilatsız, siyasi cəhətdən savadsız və silahsız toplum olan Suriya türkləri ərəblərin daxili müharibəsinin ən asan ovu durumuna düşəcəklər. Bir yandan «Əl-Qaidə», digər tərəfdən qiyamçıların əsas qüvvəsi olan sələfilər, o biri tərəfdən PKK-çılar türklərə yönəlik qətliamlara başlayacaqlar”.
KƏRKÜK NEFTİ VƏ GÜNEY AZƏRBAYCAN
İndiki durumda bölgənin kürd terrorçu qruplarına dəstək verən Bərzani Türkiyənin hakim AKP partiyası ilə isti münasibətlərdədir. Təbii ki, ortada Kərkük nefti əsas mövzudur və İraq türkmənləri unudulmuş durumdadırlar. Neftin ucbatından yalnız İraq türkmənləri deyil, eyni şəkildə Güney Azərbaycan türkləri də çətin duruma düşəcəklər. Yolun sonu indidən görünməkdədir. Belə ki, AKP-Bərzani yaxınlaşması dolayısı ilə bölgədəki kürdlərin gücləndirilməsi anlamına gəlməkdədir. Kərkükün neftini Türkiyəyə çəkmək üçün bölgədə kürdlərin idarəçiliyinə «yaşıl işıq» yandıran AKP hökuməti Ərbilə dəstək verməkdədir.
Son dövrdə Türkiyənin siyasi məclislərində AKP-nin türkmənləri satması xəbərləri dolaşmaqdadır. AKP-nin kürdlərə yaxınlaşması yaxın gələcəkdə Güney Azərbaycan türklüyünə və mənafelərinə zərər verəcəkdir. Çünki, Türkiyə sərhədlərinin şərqində və İran daxilində yer alan Güney Azərbaycan coğrafiyası ilə qonşu olan kürdlər, PEJAK, PKK, PYD, İran kürdləri komitəsi və başqa kürd qrupları Bərzani tərəfindən dəstəklənməkdədirlər.
Bərzaninin güclənməsi Güney Azərbaycan torpaqlarının gələcəyinə qarşı bu qruplar tərəfindən hücumların düzənlənməsi və Güney Azərbaycan torpaqlarının bir qisminin kürdlər tərəfindən işğal edilməsi deməkdir.
İndi Bərzanidən dəstək alan bəzi İran kürdləri getdikcə Güney Azərbaycanın bəzi şəhərlərindən «kürd şəhəri» olaraq bəhs etməyə başlayıblar. Artıq bölgə və dünya mediasında Güney Azərbaycanın Urmiya şəhərini belə «kürd şəhəri» kimi göstərildiyinə şahidik.
Urmiyadakı sayları əhalinin 10-15 faizi olmayan, Körfəz və İraq müharibələrindən sonra Güney Azərbaycanın qərbi və Türkiyəyə yaxın sərhədlərinə, xüsusilə Urmiyaya və ətrafına yerləşdirilən kürdlər indi Bərzaninin yardımına ümidlidirlər və İran idarəçiliyinin zəifləyəcəyi anı gözləyirlər. Bu terror qrupları güclərini Bərzanidən almaqdadırlar. Qaçaqmalçılıq və narkobiznes ilə sürətlə silahlanırlar. Hətta İran rejimi Urmiya çevrəsindəki köçəri kürdlərin gücləndirilməsi ilə də öz mənafelərini reallaşdırmağa çalışır.
Bu planların mərkəzində isə, Güney Azərbaycan milləti və torpaqları durmaqdadır. Dolayısı ilə həm Tehran rejiminin kürdlərdən istifadə və silahlandırılma planları, həm də AKP-dən dəstək alan bölgənin kürd liderlərinin İran kürdlərini gücləndirmə planları yaxın gələcəkdə Güney Azərbaycan türklərinə və Türkiyəyə böyük bir başağrısı yaradacağı proqnozunu gündəmə çıxarır.
Bu mövzuda Ankaradakı siyasi çevrələrdə «dövlətin bunlardan xəbəri yox» sözləri də heç inandırıcı görünmür. Türkiyənin Tehrandakı səfirliyi, xüsusilə də Urmiya şəhərindəki Türkiyə konsulluğu Güney Azərbaycanın durumunu hamıdan yaxşı bilməkdədir və hadisələri də yaxından izləməkdədir.
Türkiyənin və Azərbaycanın maraqları üçün bölgə türklərinə yardım barədə rəsmi Ankara və Bakının planları yoxdursa, millətini və torpaqlarını qorumaq üçün heç olmasa silahlanmaq istəyən bölgə türklərini silahsızlaşdırıb müdafiəsiz bir hala gətirməmələridir. Bu mövzuda İraq türkmənlərinin örnəyi göz qabağındadır.
Türkmənlərin iddialarına görə, İraqın ilk işğalında silahlanan türkmənləri AKP iqtidarı tərkisilah etdi. İlgincdir ki, iki dövlət – Ankara və Bakı bölgə türklərini müdafiə etmədikcə, hələ ki, dövlət qurmayan Bərzani Ərbildən, Suriya kürdləri və İran kürdləri, PKK, PEJAK, PYD bölgədəki silahlı gücə çevrilməkdədirlər. Yeri gəlmişkən, Bərzaninin silahlı gücləri Suriya kürdlərinə hərbi təlim keçməsini hər kəs bilir.
GÜNEY AZƏRBAYCAN YARDIM İSTƏYİR
Bu səbəbdən Güney Azərbaycanın gələcəkdə deyil, bu gün Bakı və Ankaranın dəstəyinə ehtiyac duymaqdadır. Ankara və Bakının gələcəkdə Güney Azərbaycana «dəstək verməsi» getdikcə çətinləşməkdədir.
Türkiyə və Azərbaycan hakimiyyətləri İrandakı millətlərin və xüsusən, türklərin vəziyyətini yaxşı bilirlər. Fəqət, bunlara rəğmən guya “demokratiya fikri ilə yatıb-duran” AKP kimi bir hökumət insan haqlarını pozan İrana qarşı beynəlxalq arenada əngəl yaratmamağa çalışır. 2012-ci il noyabrın 27-də BMT-nin Baş Assambleyasının III Komitəsində İrandakı insan haqları ilə bağlı səsvermədə Türkiyə və Azərbaycan İranın yanında yer alaraq səsverməyə qatılmamışlar.
Güney Azərbaycan türkləri tarixdə təcavüzlərə məruz qalmış və itkilər vermiş bir xalqdır. XX əsrdə ermənilərin və aysorların, həmçinin kürd dəstələrinin hücumları nəticəsində Güney Azərbaycanda minlərlə dinc əhali məhv edilmişdir. Ümit Özdağ kürdlərin Atatürk Cümhuriyyəti ərəfəsində üsyanlarından bəhs edərək tarixi bir gerçəyi ortaya qoymuşdur: “1880-ci ildə Şeyx Übeydullahın başçılıq etdiyi yeddinci kürd üsyanı zamanı, o, 20 min üsyançı ilə birlikdə İrana getmiş və bir çox Azərbaycan türkünü məhv etmişdir”.
Yaxın gələcəkdə İraq və Suriyadakı kimi İranda da vəziyyətin gərginləşməsi ehtimal edilir. Bu durumda Güney Azərbaycan torpaqları və bölgə türkləri İraqdakı kürd mərkəzinin yardım etdiyi kürd qrupları tərəfindən Urmiya və onun ətrafında böyük toqquşmalara məruz qalacaqlar. Bu qanlı toqquşmalara hazırsızlıq dəhşətli nəticələr doğuracaq. Gözlənilən Güney Azərbaycan türklərinin soyqırımı prosesinin ən pis tərəfi odur ki, kürdçü qrupların təcavüzünə AKP kimi bir hökumət də ən azından seyredici mövqe tutacaqdır.
Yuxarıda göstərdiyimiz mənzərədən Güney Azərbaycan türkləri özləri üçün nəticə çıxarmalıdırlar. İraq türkmənlərinin və Suriya türklərinin acı aqibətini izləmək əvəzinə, artıq ölçülər götürməyin zamanı gəlmişdir.
Güney Azərbaycan torpaqlarının və millətinin gələcəyi üçün bir qarantiya varmı? Bu qarantiyanı kim verəcək? İran dağıldıqdan sonra əli silahsız bir millət özünü və torpaqlarını necə qoruyacaq? Qarşımızda duran qüvvənin insan haqları və demokratiyaya hörmət etdiyinə inanırsınızmı? Qarşımızda duran qüvvə silahlarla üstünüzə gələcək anı gözləyir.
Türkiyənin gözləmə siyasətini və gələcəyə ümidli sözləri Güney Azərbaycan xalqı üçün qarantiya ola bilməz. İndiki Türkiyə və Azərbaycan hökumətindən Güney Azərbaycan türkləri gerçək bir şey gözləməməlidirlər. Güney Azərbaycan öz millətinin sabahını qorumaq üçün vaxt itirmədən gücünü ortaya qoymalıdır.
Güney Azərbaycanlıların öz millətini və torpaqlarını qorumaq üçün silahlanması təbii bir haqqdır. Qarşıdan gözlənilən soyqırımılara qarşı özünü müdafiə üçün tədbir görülməlidir.
Bu anda bu millətə uyğun olan model Atatürkün göstərdiyi önəmli yoldur. Bu cür vəziyyətlərdə Mustafa Kamal Atatürk belə bildirirdi: «Bizi yox etmək düşüncəsi qarşısında varlığımızı silahla qorumaq və müdafiə etmək çox təbiidir. Bundan da daha təbii və daha haqlı hərəkat ola bilməz. Hər hücuma qarşı hər zaman cavab hücumunu düşünməliyik».

Geri dön