Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Ermənistan nəinki rusların yeni hərbi qüvvəsini ərazisinə gətirməyə razı deyil, hətta ərazisində olan hərbi bazaların çıxarılmasını istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Ermənistan nəinki rusların yeni hərbi qüvvəsini ərazisinə gətirməyə razı deyil, hətta ərazisində olan hərbi bazaların çıxarılmasını istəyir

Fərəc Quliyev:Ermənistan nəinki rusların yeni hərbi qüvvəsini ərazisinə gətirməyə razı deyil, hətta ərazisində olan hərbi bazaların çıxarılmasını istəyir


Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-nin Ermənistana bir-iki gün ərzində öz missiyasını göndərəcəyinə inanmadığını bildirib. Erməni mediası Simonyanın fikirlərini belə təqdim edib:

“Əmin deyiləm ki, bu mümkün olsun. KTMT-də çoxlu fərqli ölkələr var ki, öz maraqlarını izləyirlər. Mən inanmıram ki, onlardan hansısa biri buna veto qoymasın. İndi nə dəyişib? Mən bu məsələyə çox skeptik yanaşıram”.

Erməni spiker deyib ki, bir dəfə Azərbaycan “təcavüzü” zamanı KTMT-yə müraciət ediblər, ancaq bu qurum onlara dəstək ifadə etməyib.

Qeyd edək ki, bundan öncə Rusiya XİN rəhbəri Sergey Lavrov KTMT missiyasını bir-iki günə Ermənistana göndərməyə hazır olduğunu açıqlamışdı.

Ermənistan rəsmilərinin Lavrovun fikirlərinə belə ironik yanaşması nəyi söyləməyə əsas verir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada iki məqam aydın görünür: “Ermənistan rəsmisi deyir ki, bundan əvvəl KTMT-yə müraciət ediblər ki, Azərbaycanın Ermənistana “təcavüzü” üçün açıq bir siyasi münasibət bildirsin. Parlament sədri deyir ki, KTMT səviyyəsində belə bir münasibət sərgilənmədi. Fikirini də belə izah edir ki, KTMT-nin daxilində qüvvələr nisbəti müxtəlifdir. Bunu əsas götürməklə onlar KTMT-nin Ermənistana çağırılmasından yayınma yolunu tuturlar. Ermənistandakı mövcud hakimiyyət daha çox Qərbə yön vermək istəyir. Rusiyadan qurtarmaq çabasını ortaya qoyur. Hətta ərazisindəki Rusiyanın hərbi bazasını çıxarmağı da tələb edir. Bu yöndə baş verən bütün etiraz aksiyaları Ermənistan hakimiyyətinin iradəsi daxilində baş tutub. Öz partnyorlarına da məhz onların qüvvələrini yerləşdirəcəklərinə söz veriblər. İstəyirlər ki, əvvəl 200, sonra 2000 nəfərlik missiyanı ora yerləşdirsinlər. Ermənistan oturduğu Rusiya masasını Qərbə dəyişir. Görünür, Ermənistan hesablayır ki, Rusiya Ukraynada zəifləyir və sonu yaxşı olmayacaq. Risiyanın özü pis vəziyyətdə olduğu üçün ondan maddi dəstək ala bilmirlər. Bəzi məqamlarda siyasi dəstəkdən də məhrum olurlar. Hesab edirlər ki, 44 günlük müharibə zamanı onlara Rusiya tərəfdən lazımi şəkildə hərbi dəstək də verilməyib. Bütün bunları əllərində Rusiyadan qurturlmaq üçün alibi kimi saxlayırlar. Həm də Rusiyanın Qarabağa göndərdiyi personanın nə istədiyi onlara aydın oldu. Gördülər ki, Vardanyan Qarabağdan tramplin kimi istifadə edib, gələcəkdə Ermənistanda hakimiyyətə gəlmək istəyir. Başa düşürlər ki, Rusiya Ermənistana deyil, ordakı hakimiyyətə qarşıdır. Yerli hakimiyyət isə daxili auditoriya üçün Rusiyanın güya Ermənistana qarşı olduğu rəyini formalaşdırır. Ən başlıca məqsədləri budur ki, məhz indiki məqamda KTMT Ermənistana gəlməsin. Məsələnin kökündə Qərbin vədlərindən yararlanmaq və bunun fonunda Rusiyadan qurtulmaq durur. Kiçik oyunlarda Rusiya ilə oynayacaqlar ki, zərbə dəyməsin. Amma böyük mənada onlar Qərbə meyl edir. Ermənistan nəinki rusların yeni hərbi qüvvəsini ərazisinə gətirməyə razı deyil, hətta ərazisində olan hərbi bazaların çıxarılmasını istəyir”.

Ermənistan həqiqətən də Qərbyönlü siyasət həyata keçirmək istəyirsə, kəskin addımlar atmalıdır və ilk növbədə KTMT-dən çıxmalıdır. Çünki Qərb Ermənistanın təhlükəsizliyində maraqlıdır və kifayət qədər aktiv addımlar atır, mühüm siyasi bəyanatlar verir, monitorinq üçün Avropa müşahidə qrupunu göndərir. Qərbin Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən çıxmasında maraqlı olması açıq-aydın görünür. Ancaq Rusiyanın burada geniş miqyasda iştirakını təmin edən ölkə Ermənistandır. Ona görə də Rusiyanın təsir zonasından çıxmaq Ermənistanın marağındadır. Ancaq Rusiyanın qorxusundan bu yöndə açıq mövqe ortaya qoya bilmir.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön