Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Tehran başa düşməlidir ki, 10 milyonluq yox, 50 milyonluq Azərbaycanla döyüşəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Tehran başa düşməlidir ki, 10 milyonluq yox, 50 milyonluq Azərbaycanla döyüşəcək

Fərəc Quliyev:Tehran başa düşməlidir ki, 10 milyonluq yox, 50 milyonluq Azərbaycanla döyüşəcək


“İranla Azərbaycan təkbətək qalsa belə, rəsmi Tehran başa düşməlidir ki, 10 milyonluq yox, 50 milyonluq Azərbaycanla döyüşəcək”.

Bunu Ermənistan və İranın Azərbaycana hücum etmək ehtimalını dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, belə bir hücumun olma ehtimalı çox aşağıdır:

“Ermənistanla Azərbaycan arasındakı müharibənin aktiv fazası yeni bitib. Sülh müqaviləsi imzalanmayıb deyə hər an yeni toqquşmalar gözlənilir. Çünki sülhün alternativi müharibədir. Ermənistan da bunu istəmir.

İran isə həmişə Azərbaycanla müharibə şəraitində olub, ancaq başqa formada. İran Ermənistanı əlində maşa kimi istifadə edərək bizimlə döyüşür, 44 günlük müharibədən əvvəl ərazilərimizi dağıdıb, söküb aparırdı. Bundan əlavə ərazimizdən narkotik bazası kimi istifadə edirdilər. Orada narkotik əkib becərirdilər. Uranın zənginləşdirilməsi üçün Ermənistan üzərindən müəyyən texnologiyalar alırdılar.

Müharibə zamanı Ermənistana silah İran üzərindən gedirdi. Son zamanlar isə Qarabağdakı separatçılara hərbi təlimatçılar göndərdilər. Bu mənada İran Azərbaycanla savaşın içərisində idi.

İran ordusu Araz çayı kənarında gəlib geniş miqyaslı hərbi təlim keçirəndə Azərbaycandan tərs şillə aldı. Cavab təlimləri və tədbirlərindən sonra Ermənistanın səsi-küyü birdəfəlik kəsildi. Ermənistan başa düşdü ki, Azərbaycanla başqa dildə danışa bilməz.

Azərbaycanın çox ciddi müttəfiqləri var. İranla Ermənistan Azərbaycana qarşı hansısa bir müdaxiləyə yol vermiş olacaqsa, başını cəlladın kötüyünə qoymuş olacaqlar. Çünki Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən İranın uranı zəngiləşdirib bitirmək üzrə olduğu dəqiqləşdirilib.

İranla Azərbaycan təkbətək qalsa belə, rəsmi Tehran başa düşməlidir ki, 10 milyonluq yox, 50 milyonluq Azərbaycanla döyüşəcək. İranda 40 milyon Azərbaycan türkü yaşayır. Təki belə bir addım atsınlar. Hesab edirəm ki, belə bir addım atmağa cəsarətləri çatmaz. Bu mətbuat vasitəsi ilə təzyiq etmə üsullarından biridir”.

Səxavət Məmməd/yenicag.az

Geri dön