Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Ağ Ev Güney Azərbaycanla bağlı səylərini artırıb
Ağ Ev Güney Azərbaycanla bağlı səylərini artırıb |
Elxan Şahinoğlu: “Beynəlxalq təşkilatlar da Güney Azərbaycanı diqqətdə saxlamaq məcburiyyətində qalacaqlar”
ABŞ Dövlət Departamentinin rəsmi dövlət saytı Güney Azərbaycanla bağlı sorğu keçirir. Əgər lazimi qədər imza toplanarsa, İranda yaşayan 35 milyon azərbaycanlının milli müqəddəratını təyinetmə məsələsi müzakirəyə çıxarılacaq. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə son ilyarım ərzində ABŞ siyasi dairələrinin Güney Azərbaycan məsələsinə marağı artıb: “Bu çox təqdirəlayiq bir haldır. Çünki, Güney azərbaycanlıların öz müqəddəratını təyinetməsi artıq dünya ictimaiyyətinin diqqər mərkəzinə düşüb. İmzatoplama kampaniyası da bir daha onu göstərdi ki, Güney Azərbaycan məsələsi hələ də ABŞ gündəmində öz aktuallığını qoruyur. Müəyyən sayda imza toplanarsa beynəlxalq təşkilatlar da məsələni diqqətdə saxlamaq məcburiyyətində qalacaqlar. Bu o demək deyil ki, mütləq bununla bağlı Konqresdə dinləmələr keçirilməlidir, Barak Obama buna reaksiya verməlidir. Fakt odur ki, məsələ yenidən gündəmə qayıdıb. Vaxt vardı ki, amerikalı konqresmenlər Güney Azərbaycan adını belə çəkmək istəmirdilər. Amma, bu gün Ağ Ev bu istiqamətdə öz səylərini artırıb. Digər tərəfdən bu İran hakimiyyətinə bir siqnal olmalıdır ki, Güney Azərbaycan məsələsi ABŞ, BMT, Almaniya və bütün dünya gündəminə oturmağa başlayıb” Geri dön |