Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərdin Muradpurun şərti azadlığa buraxılması ilə bağlı tələbi rədd edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Fərdin Muradpurun şərti azadlığa buraxılması ilə bağlı tələbi rədd edildi

Fərdin Muradpurun şərti azadlığa buraxılması ilə bağlı tələbi rədd edildi


Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi azərbaycanlı fəal Fərdin Muradpurun şərti azadlığa buraxılması ilə bağlı istəyini təmin etməyib.
Bu barədə “oyannews” xəbər agentliyinə telefon vasitəsi ilə danışan Fərdin Muradpurun anası məlumat verib. İki gün öncə hakim Reyhani ona bildirib ki, Fərdin 100 dəfədə şərti azadlığa buraxılması ilə bağlı müraciət etsə, yenədə rədd olunacaq.
Qeyd edək ki, İranın islami cəza qanununun 38-ci maddəsinə görə Fərdin Muradpurun şərti azadlığa buraxılması ilə bağlı lazımı şərait mövcuddur.
Xatırladaq ki, adını çəkdiyimiz azərbaycan fəal qondarma ittihamlara görə 6 il azadlıqdan məhrum edilib.

Geri dön