Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Hadisə > Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ olub

Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ olub


Fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, fevralın 6-da Kahramanmaraş vilayətində baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ nəticəsində 41 mindən çox insan həlak olub, 108 minə yaxın insan yaralanıb.

Geri dön