Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayıllıda yeni aksiya, yeni qarşıdurma - Ölən var - YENİLƏNİB
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İsmayıllıda yeni aksiya, yeni qarşıdurma - Ölən var - YENİLƏNİB

İsmayıllıda yeni aksiya, yeni qarşıdurma - Ölən var - YENİLƏNİB


Bir qədər öncə əldə etdiyimiz məlumata görə, bu saatlarda İsmayıllı rayonunda yenidən kütləvi etiraz aksiyası keçirilir, polislə qarşıdurma baş verib. Polis qüvvələrinin aksiyaçılara rezin güllələrlə atəş açdığı bildirilir.
Yenidən 20-dək etirazçının həbs olunduğu barədə məlumat var. Aksiya keçirən sakinlər icra başçısı Nizami Ələkbərovun istefa verməsini tələb edirlər...

***

Əməkdaşımızın məlumatına görə, İsmayıllıda etiraz aksiyası hazırda da davam edir. Məlumatlara əsasən, aksiyada min nəfərə yaxın İsmayıllı sakini iştirak edir. İcra başçısı Nizami Ələkbərov istefa verməyənədək etirazlarını davam etidrəcəklərini bildirən sakinlər arasında xeyli sayda yaralanan da var.
Polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməklə təxminən 15 nəfəri saxlayıb. Əraziyə polis nəzarəti davam edir. Ayrı-ayrı küçələrdə hələ də polis gözyaşardıcı qazdan istifadə edir.

***
İsmayıllı rayon Mərkəzi Xəstəxanasından saytımıza bildirilib ki, aksiya zamanı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Yaralların bir neçəsinin vəzəiyyətinin ağır olduğu bildirilir.
Digər xəbərə görə, aksiya zamanı hələlik 17 nəfər saxlanılaraq polis bölməsinə aparılıb. Demək olar ki, polis rayon ərazisini blokadaya alıb. Bir neçə ambulansın şüşələri sındırılıb. Sakinlərin evlərindən kənara çıxmasına imkan verilmir, mağaza və digər obyektlərin isə fəaliyyəti tamamilə dayandırılıb.

***

İndicə aldığımız məlumata görə, aksiya iştirakçılarının böyük hissəsi ərazidən uzaqlaşdırılıb. Polisin sərt müdaxiləsindən sonra aksiyanın qarşısı alınıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları rayon İcra Hakimiyyətinin inzibati binasını ətrafında toplaşıblar. İcra Hakimiyyətindən əməkdaşımıza verilən məlumata görə, hal-hazırda icra başçısı Nizami Ələkbərov iş otağında deputat Novruz Aslanla məsləhətləşmələr aparır.

***

Aksiya zamanı polisin istifadı etdiyi gözyaşardıcı qazdan bir azyaşlı dünyasını dəyişib. Faktı İsmayıllı rayon Mərkəzi Xəstəxanasından təsdiq ediblər.

Geri dön