Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Putin 2023-cü ilin II rübündə Rusiyada inflyasiyanın 4%-ə yaxın olacağını açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Putin 2023-cü ilin II rübündə Rusiyada inflyasiyanın 4%-ə yaxın olacağını açıqlayıb

Putin 2023-cü ilin II rübündə Rusiyada inflyasiyanın 4%-ə yaxın olacağını açıqlayıb


Cari ilin ikinci rübündə Rusiyada inflyasiya hədəf 4% göstəricisinə yaxınlaşa bilər.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.

"Qiymətləndirmələrə əsasən, artıq cari ilin ikinci rübündə Rusiyada inflyasiya 4% hədəf səviyyəsinə yaxın olacaq. Xatırladım ki, Avropa İttifaqının (Aİ) bir sıra ölkələrində inflyasiya artıq 17%, 12%, 20% səviyyəsindədir, bizdə isə bu göstərici 5%-dir", - Putin deyib.

O həmçinin inflyasiya səviyyəsinin müsbət dinamikasını və digər makroiqtisadi göstəriciləri nəzərə aldıqda iqtisadiyyatda uzunmüddətli kredit faizlərinin azalması üçün şəraitin formalaşdığını əlavə edib.

"Bunun [inflyasiya səviyyəsinin] müsbət dinamikasını və digər makroiqtisadi göstəriciləri nəzərə aldıqda iqtisadiyyatda uzunmüddətli kredit faizlərinin azalması üçün obyektiv şərait formalaşır. Bu isə real sektor üçün kreditin daha əlçatan olacağı anlamına gəlir", - Putin bildirib.

Geri dön