Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tacikistanda 7,2 bal gücündə zəlzələ baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Hadisə > Tacikistanda 7,2 bal gücündə zəlzələ baş verib

Tacikistanda 7,2 bal gücündə zəlzələ baş verib


Tacikistanda Çinlə sərhəddə 7,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Çin Seysmologiya Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələ Pekin vaxtı ilə saat 8:37-də qeydə alınıb, onun episentri Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə sərhədindən təxminən 82 km aralıda, 10 km dərinlikdə yerləşib.

Çin KİV-ləri zəlzələnin Sincanda bir sıra yaşayış məntəqələrində güclü hiss edildiyini bildirib. Zəlzələnin episentrindən 300 km məsafədə 10 iri və orta şəhər var, ən yaxını isə episentrdən təxminən 160 km aralıda yerləşən Xoroqdur.

Həlak olanlar və dağıntılar barədə məlumat verilməyib.

Geri dön