Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda çayçılığın inkişafı proqramı hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanda çayçılığın inkişafı proqramı hazırlanıb

Azərbaycanda çayçılığın inkişafı proqramı hazırlanıb


Azərbaycanda pambıq və tütün istehsalının artması dünya bazarındakı vəziyyətdən asılı olacaq.

Bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, son vaxtlar pambıq və tütün istehsalında artım müşahidə olunur: «Bu il pambıq istehsalı ötən ilkindən 50% çox olub. Bu sahənin gələcəkdə inkişaf etdirilməsi üçün dünya bazarında pambığın qiyməti artdıqca Azərbaycanda da pambıq sahələri genişlənəcək».

Nazir bildirib ki, tütünçülükdə də vəziyyət eynidir – bazarda tələbat artdıqca, bu sahədə daha geniş inkişaf olacaq.

Bununla yanaşı, hökumət çayçılıq sektorunun inkişafı üçün ciddi addımlara hazırlaşır. İ.Abasov bildirib ki, hazırda çayçılığın inkişaf etdirilməsi üzrə xüsusi proqram hazırlanıb: «Bu yaxınlarda müvafiq dövlət qurumları ilə müzakirə olunub və düşünürəm ki, bu yaxınlarda məsələ müsbət həllini tapacaq». Bu proqram Azərbaycanda çayçılığın ənənəvi olaraq inkişaf etdiyi və bu sahə üçün yararlı olan ərazilərdə həyata keçiriləcək.

Geri dön