Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa Liqasında səkkizdəbir finalçılar müəyyənləşib
Avropa Liqasında səkkizdəbir finalçılar müəyyənləşib |
Fevralın 23-də UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinə yekun vurulub.
İlkin olaraq "Yuventus", "Sevilya", “Bayer” və "Sportinq" rəqiblərindən üstün olaraq səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar. Cavab görüşlərində “Yuventus” səfərdə “Nant”ı 3:0 (ilk oyun 1:1), “Sportinq” “Müddelland”ı 4:0, “Bayer” isə “Monako”nu 3:2 (İlk oyun 2:3, penaltilərlə) hesabı ilə məğlubiyyətə uğradıblar. “Sevilya” isə səfərdə “PSV”yə 2:0 hesabı ilə uduzub. İlk oyunda öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş “Sevilya” növbəti mərhələyə yüksəlib. Bu komandalardan əlavə, “Roma”, “Mançester Yunayted”, “Union” (Berlin) və “Şaxtyor” da Avropa Liqasında mübarizələrini davam etdirəcəklər. Belə ki, “Mançester Yunayted” səfərdə heç-heçə (2:2) etdiyi “Barselona”nı öz meydanında 2:1 məğlub edərək adını səkkizdəbir finala yazdırıb. “Roma” isə səfərdə 0:1 hesabı ilə uduzduğu “Zaltsburq”dan üstün olub – 2:0. “Union” “Ayak”sı mübarizədən kənarlaşdırıb – 3:1. “Şaxtyor” öz meydanında rəqibini 2:1 hesabı ilə məğlub etsə də, səfərdə eyni hesabla uduzub. On bir metrlik zərbələrdə daha dəqiq olan “Şaxtaçılar” səkkizdəbir finala yüksəliblər. Geri dön |