Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aydın Mirzəzadə: Ermənilər özlərinin uydurduqları və həyata keçirdikləri Sumqayıt hadisələrini faciə kimi qələmə verməyə çalışırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Aydın Mirzəzadə: Ermənilər özlərinin uydurduqları və həyata keçirdikləri Sumqayıt hadisələrini faciə kimi qələmə verməyə çalışırlar

Aydın Mirzəzadə: Ermənilər özlərinin uydurduqları və həyata keçirdikləri Sumqayıt hadisələrini faciə kimi qələmə verməyə çalışırlar


Artıq 1980-ci illərdə SSRİ əhalisi siyasi sistemin dəyişəcəyinin fərqində idi. Mixail Qorbaçov isə özünü kapitalist respublikasının rəhbəri kimi görürdü. O, rəhbərliyi ələ keçirərkən SSRİ-nin sərhədlərində münaqişə zonalarının yaranmasında maraqlı idi.

Bu fikirləri İTV-nin efirində yayımlanan "Diqqət mərkəzi" verilişində Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.

“Xocalı faciəsi XX əsrin ən qanlı faciələrindən biridir, hətta Holokostla müqayisə edilir. Bütün faktlar ortadadır. Bununla belə, ermənilər özlərinin uydurduqları və özlərinin ssenariləri ilə həyata keçirdikləri Sumqayıt hadisələrini faciə kimi qələmə verməyə çalışırlar. Hətta hadisələrdən iki gün sonra heykəl qoydular. İki günə heykəl qoyular? Bu, texniki cəhətdən də mümkün deyil. Bunların hamısı əvvəldən hazırlanmış məsələlər idi”, - deyə deputat diqqətə çatdırıb.

SSRİ rəhbərliyinin Sumqayıt hadisələrindən xəbərdar olduğunu vurğulayan Aydın Mirzəzadə deyib: “Məqsəd Azərbaycanı qorxutmaq idi. Ermənilər həmişə Azərbaycan və Türkiyə torpaqlarını iddia ediblər. Otuz illik işğal dövründə onlar Azərbaycan torpaqlarında nə yaratdılar? Şuşaya gedən yolda ermənilərin kompakt yaşadıqları yerlərin yanından keçərkən görmək olur ki, onlar bu dövrdə orada heç bir iş görməyiblər”.

Geri dön