Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Avropa İttifaqının ümidi Bakıdır
Avropa İttifaqının ümidi Bakıdır |
Ötən ilin baharında Avropa İttifaqı ölkələrində təbii qazın qiyməti dəfələrlə artsa da, dekabrda son vaxtların minimum həddinə düşdü, bu ilin yanvarında isə ümumiyyətlə, Ukraynadakı münaqişədən əvvəlki dövrə qayıtdı. Avroməmurların dediklərinə görə, təbii qaz anbarları adi dövrlərlə müqayisədə daha çox dolub.
İlk baxışdan heç bir problem yoxdur. Ancaq reallıq tam fərqlidir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel bu yaxınlarda bəyan etdi ki, Macarıstan istisna olmaqla, bütün Aİ ölkələri ilin sonunadək Rusiyanın təbii qazından, neftindən və daş kömüründən imtina edəcəklər: "Avropanın energetikası artıq Rusiyadan asılı deyil". Lakin müstəqil analitiklər və konsaltinq şirkətləri bildirirlər ki, gələn il Aİ ölkələrində xam neftlə təbii qazın qiymətləri iki dəfə arta bilər. Avropa İttifaqında təbii qazın qiymətləri azalıb, amma bunun səbəbi qaz anbarlarının toplam tutumunun artırılması, habelə qış aylarının nisbətən isti keçməsidir. Məsələn, Hollaniyada təbii qaz fyuçerslərinin qisməti baza Avropa müqavilələri əsasında 1 MVt-saata görə 52,7 avrodan satılıb. Avropadakı enerji böhranının dayanıqlı həlli yalnız 2025-ci ildə, maye qaz təminatı marşrutları layihələri tam işə düşəndə mümkün ola bilər. Hələliksə həimn layihələr yaradılma və işlənmə mərhələsindədir. Rusiya Federasiyasından qaz nəqli minimuma endirilərsə, Aİ ölkələrində təqribən 27,1 milyard kubmetrlik "mavi yanacaq" çatışmazlığı yaranacaq, maye qazın Çindən idxalı isə 2021-ci il səviyyəsinə çatacaq. Beynəlxalq Energetika Agentliyinin son hesabatında belə deyilir. Bəzi Aİ ölkələri ABŞ və Fars Körfəzi ölkələrindən sıxılmış təbii qaz (LNG) almağa başlayıblar. Məsələn, BƏƏ-nin "Adnoc" və Almaniyanın RWE şirkətləri arasında BƏƏ-dən Almaniyaya LNG-nin ilk partiyasının daşınması barədə anlaşma imzalanıb. Qətərin "QatarEnergy" şirkəti isə Almaniyaya ildə 2 milyon tonadək LNG satılması barədə "ConocoPhillips" ilə saziş imzalamışdı. ABŞ-da LNG satışlarında ikinci böyük şirkət olan "Freeport LNG" bu arada bəyan edib ki, ötənilki yanğından sonra kommersiya fəaliyyətinin dayandırıldığı Texas zavodunda işlər qismən bərpa olunur. Sutkada 2,1 milyard kubik fut təbii qazı emal və ildə 15 milyon ton LNG istehsal edə bilən bu zavodun işə qaytarılması təbii ki, qaz qiymətlərinin artımına səbəb olacaq. Bununla yanaşı, Friport şəhərindəki zavodda fəaliyyəti bərpası ABŞ-a Qətərlə Avstraliyanı geridə qoyaraq illik ixracı 89 milyon metrik tona çatdıraraq dünyada ən böyük LNG ixracatçısı olmağa imkan verəcək. Avropa İttifaqında təbii qaz böhranını həll etmək üçün qəbul edilmiş qərarlar arasında ötən ilin mayında təsdiqlənən "RePowerEU" xüsusi yer tutur. Bu qərar 2027-ci ilədək Aİ ölkələrinin "təmiz" enerji mənbələrinə keçidi, Rusiyadan asılılıqdan tam qurtulmağı nəzərdə tutur. Sözügedən qərar nəticəsində indi Aİ ölkələrinə ən çox təbii qaz satan ölkə Norveçdir. Məhz Norveç hazırda Almaniyaya təbii qaz satışlarında lider mövqe tutur. Almaniya ABŞ, Qətər və Avstraliyadan aldığı LNG-ni emal edərək paylaşdırmaq üçün limanlarında müvafiq terminalların inşasını dəfələrlə sürətləndirib. Halbuki ötən ilin avqustunda sözügedən fyuçerslər təqribən 343 avrodan satılırdı. "Goldman Sachs" investisiya bankının analitikləri hesab edirlər ki, Avropa İttifaqı ölkələrinin təbii qaz balansında struktur kəsiri hələ də aradan qaldırılmadığından "mavi yanacağın" qiymət artımı ilə bağlı risklər çox böyükdür. Ümumiyyətlə, LNG avropalılar üçün çıxış yolları arasında ən mühümündən birinə çevrilməyə başlayıb. Məsələn, İtaliyada Rusiyadan alınan qazın həcmi 87 faiz azalıb, 1990-cı il səviyyəsinə düşüb və nəticədə energetikanın diversifikasiyası üçün LNG optimal vasitə sayılıb. İtaliyada 2021-ci ilin sonu ilə müqayisədə LNG idxalı 99 faiz artdığından yerli "Snam" qaz-nəqliyyat operatoru təbii qaz anbarlarını maksimal səviyyədə doldura bilib. Yaranmış situasiyada Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, rasional və qətiyyətli enerji strategiyası ölkəmizə hazırda Avropa İttifaşının enerji resurslarının etibarlı, stabil təchizatçısına çevrilməyə imkan verib. Aİ ölkələri ildən-ilə ölkəmizlə enerji tərəfdaşlığını genişləndirməklə yanaşı, rəsmi Bakının bu istiqamətdəki təşəbbüslərini bütünlüklə dəstəkləyir. Avropa İttifaqının 5 ölkəsi Azərbaycanın “mavi” yanacağının tədarükünü artırmaq üçün konkret layihə hazırlayıb və fevralın 3-də layihəni Bakıda təqdim edib. Həmin layihələri 2022-ci ilin iyulunda Avropa Komissiyası ilə Azərbaycan arasında enerji əməkdaşlığının genişləndirilməsinə dair imzalanmış anlaşma memorandumunun praktiki icrası da hesab etmək olar. Azərbaycan hər zaman təbii qaz tədarükünü artırmağa və Avropaya böhrandan çıxmağa kömək etməyə hazır olduğunu bildirib. Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan telekanallarına müsahibəsində növbəti illərdə Avropaya qaz ixracının ən azı iki dəfə artırılmasının planlaşdırıldığını demişdi. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetrə çatıb. Bu il isə bəhs olunan həcmin minimum 11,6 milyard kubmetrə çatdırılması nəzərdə tutulub və beləliklə, ölkimizin ixrac edəcəyi "mavi yanacağı"nın toplam həcmi 24 milyard kubmetrə çatacaq. Azərbaycan təbii qaz təminatı və təchizatı coğrafiyasına Avropa İttifaqının müxtəlif ölkələrini daxil edir ki, müşahidə etdiyimiz vəziyyət ilk əvvəl Aİ dövlətlərinin özü üçün ciddi strateji əhəmiyyət daşıyır. Onu da unutamyaq ki, Avropa İttifaqının geoiqtisadi və geosiyasi maraqlarının perspektiv məcmusu sayılan "Beşinci siyahı"da 20 qaz layihəsi də yer alıb. Həmin layihələrdən 3-ü bilavsitə Azərbaycanla bağlı olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB), Rumıniya-Macarıstan dəhlizində (ROHU/BRUA) klasterin tutumunun artırılması layihəsi və Bolqarıstan-Serbiya interkonnektorudur. Bu ilin sentyabrından etibarən Serbiya Azərbaycandan böyük həcmdə təbii qaz almağı planlaşdırır. Belqrad bu prosesi Serbiyanı Bolqarıstanla birləşdirəcək Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz boru kəməri sayəsində intensivləşdirmək niyyətindədir. "Cənub Qaz Dəhlizi" marşrutu ilə Moldova, Avstriya və İsveçrə də Azərbaycandan təbii qaz almağa hazırlaşır. Xam neft idxalında Azərbaycanın lider mövqe tutduğu, təbii qaz alışında isə üçüncü yerdə olduğu İtaliyanın TAP layihəsindən effektiv bəhrələndiyini anlayan Albaniya, Bosniya-Hersoqovina, Xorvatiya və Monteneqro da 2025-ci ildə TAP-ın davamına çevriləcək İoniya-Adriatik boru kəməri marşrutu ilə ölkəmizdən təbii qaz almağa hazırlaşırlar. Təsdiqlənmiş təbii qaz ehtiyatları 2,8 trilyon kubmetr olan Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş, stabil tərəf-müqabil və ən əsası, iqtisadiyyatı şüarçılıqla əvəzləməyə çalışmayan təminatçıdır Geri dön |