Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Rusiyanın vədləri əmələ keçərsə, ona inanmaq olar
Fərəc Quliyev:Rusiyanın vədləri əmələ keçərsə, ona inanmaq olar |
“Ermənistan hakimiyyətinin mövqeləri dəyişən kimi Rusiya dərhal Ermənistana qucaq açacaq”.
Bu fikri Avropa İttifaqı nümayəndələrinin Ermənistana yerləşməsi fonunda Lavrovun Bakıya gəlməsini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib. Fərəc Quliyev bildirib ki, Rusiyanın vədləri əmələ keçərsə, ona inanmaq olar: “Bəziləri Lavrovun Bakı səfərini Vardanyanın gedişinə görə dəyərləndirir. Vardanyan buna dəyməz. O böyük bir fiqur deyil. Lavrovun Bakı səfərini Avropa İttifaqı missiyasının Ermənistana gəlməsi ilə əlaqələndirmək lazımdır. Nüfuz davası gedir. Ermənistanın Fransa jandarmeriyası, alman polisini sərhədlərinə dəvət etməsi Rusiya tərəfindən cavabsız qalmazdı. Rusiya nə Azərbaycan sevgisindən Vardanyanı kənarlaşdırdı, nə də Lavrovun gəlişi Azərbaycan sevgisinə bağlı deyil. Rusiya öz oyununu qurmaq, tərəflərə təzyiq etmək üçün müxtəlif metodlara əl atır. Rusiya indi daha çox Ermənistana təzyiq etmək istəyir. İndiki halda bəzi elementlər Azərbaycanın xeyrinə görünə bilər. Bütövlükdə Rusiya siyasətində Ermənistana qarşı olmaq illuziyadır. Rusiya heç vaxt Ermənistana qarşı olmayıb və olmayacaq da. Rusiya sadəcə, bugünkü Ermənistan hakimiyyətinə qarşı qəzəblidir. Mövqelər dəyişən kimi Rusiya dərhal Ermənistana qucaq açacaq. İndiki məqamda Rusiya Vardanyanı kənara qoymaqla müəyyən qədər Azərbaycana xoş görünmək istəyir. Ancaq dövlət siyasətində belə elementlərlə hansısa dövləti arxayın salmaq, məmnun etmək mümkün deyil. Azərbaycana prinsipial məsələlərin həlli lazımdır. Misal üçün, 10 noyabr bəyantının 4-cü bəndinin yerinə yetirilməsi lazımdır. Bu məsələlər həll olmalıdır, yoxsa Zaxarova bir tərəfdən, Lavrov bir tərəfdən bəyanat verir. Bunlar gözdən pərdə asmaqdır. Konkret Rusiyanın həll etməli məsələlər var və buna əməl etmək lazımdır”. Səxavət Məmməd/yenicag.az Geri dön |