Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Neftin qiyməti ucuzlaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Neftin qiyməti ucuzlaşıb

Neftin qiyməti ucuzlaşıb


Sövdələşmə məlumatları bu gün səhər dünyada neftin qiymətinin ucuzlaşdığından xəbər verir.

İnvestorlar Çində cari il üzrə ÜDM proqnozlarına diqqət yetiriblər. Belə ki, proqnozlar gözləntilərdən zəif olub.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,84% azalaraq 1 bareli 85,11 dollara, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,89% artaraq bareli 78,97 dollara çatıb.

Çin hakimiyyəti bazar günü ölkənin cari il üzrə ÜDM-in artım perspektivlərini 5% olaraq qiymətləndiriblər ki, bu da bazar gözləntilərindən zəif olub. Bununla belə 2022-ci il ərzində ÜDM 3% proqnozlaşdırıldığı halda 5,5% artıb. Çin dünyanın ən böyük neft istehlakçılarından və idxalçılarından biridir, bu səbəbdən iqtisadi proqnozlar tələbatın perspektivlərinə təsir göstərir.

Bazarlar üçün digər mühüm faktor ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) pul-kredit siyasətidir. Bu həftə FES-in rəhbəri Cerom Pauel parlamentdə çıxış edəcək. Bazarlar FES-in əsas tarif ezrə planlarına dair ipucları alacaqlarına ümid edirlər.

Analitiklər FES-in davam edən yüksək inflyasiya fonunda tarifləri qaldırma dövrünü davam etdirəcəyini hesab edirlər. Sərtləşdirilmiş pul siyasəti resessiya riskini gücləndirir ki, bu da neftə tələbata zərbə vura bilər. Həmçinin tariflərin qaldırılması ənənəvi olaraq dolları dəstəkləyir ki, bu da xammala tələbatı məhdudlaşdırır.

Geri dön