Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr təsdiq edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr təsdiq edildi

Təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr təsdiq edildi


Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr müəyyən edilir.

Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin "Media Haqqında" qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə, vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Geri dön