Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev GOPAC-ın tədbirinə qatıldı
Fərəc Quliyev GOPAC-ın tədbirinə qatıldı |
Qətər.Doha. Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) tədbiri.
Mərkəzi iqamətgahı Kanadanın Ottava şəhərində yerləşən , beş kontinental assosiasiyada (Afrika, Latın Amerikası, Okeaniya, ərəb ölkələri və Cənub-Şərqi Asiya) altmış dörd milli bölməsi fəaliyyət göstərən Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) 8-9 mart 2023-cü ildə Qətərin Doha şəhərində “BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının icrası ilə əlaqədar (UNCAC) parlamentlərarası dialoq” adlı tədbiri keçirilmişdir. GOPAC üzvü,siqnator deputat ,Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının sədri Fərəc Quliyev tədbirə onlayn qatılaraq çıxış etmişdir. Çıxışın mətnini təqdim edirik: Əziz dostlar,BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının icrası ilə əlaqədar (UNCAC) parlamentlərarası dialoqda ıştirak və burada Sizi salamlamaqdan məmnunluq duyuram. Korrupsiyaya Qarşı Parlamentarların Qlobal Təşkilatı (GOPAC) korrupsiyaya qarşı mübarizə, yaxşı idarəçilik ənənələrini gücləndirmək və qanunun aliliyini qorumaq üçün təsis edilmişdir. Ənənəvi olaraq ,təşkilat beynəlxalq gündəliyi müəyyən etmək və siyasi korrupsiya ilə mübarizədə əməkdaşlıq etmək , beynəlxalq diqqət mərkəzi kimi çıxış etmək üçün Qlobal Konfrans çağırəb.Bu istiqamətdə ölkəmdə görülmüş və görülməsi nəzərdə tutulan işlərlə Sizi tanış etməyə, Azərbaycanın qlobal təsir mahiyyətində təklif və davranəşlarını nəzərinizə çatdırmağa çalışacağam.Çünki, korrupsiyaya qarşı mübarizədə ölkələrin müsbət təcrübələri, innovativ yanaşmalar mühümdür. Müsbət təcrübələrdən nümunə üçün qeyd edək ki, Azərbaycanda Milli Məclis anti-korrupsiya təşəbbüslərində aktiv mövqe nümayiş etdirir. Qeyd edim ki, əsas funksiyaları korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək və dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək olan korrupsiyanın qarşısını alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 15 üzvündən 5-i Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən deputatlardan ibarətdir. Bundan başqa, Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi digər sahələrlə yanaşı korrupsiyaya qarşı mübarizə sahəsində qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir. Habelə, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Hesablama Palatası və Ombudman korrupsiyaya qarşı mübarizə sahəsində gördükləri işlər də daxil olmaqla öz fəaliyyətləri barədə Milli Məclisə illik hesabat verirlər. Eləcə də, Milli Məclisdə dövlət büdcəsi layihəsinin müzakirələri tam şəffaf şəkildə aparılaraq mediada işıqlandırılır. Həmçinin, 2023-cü ildə Milli Məclis tərəfindən ən mütərəqqi beynəlxalq standartlar nəzərə alınmaqla korrupsiyaya və terorizmin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyətə malik yeni qanunlar- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli Maliyyə Sanksiyaları Haqqında” qanunlar qəbul edilmiş, ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçirilməsi ilə (kölgə iqtisadiyyatının aradan qaldırılması baxımından mühüm əhəmiyyətə malikdir) bağlı “Nağdsız hesabalaşmalar haqqında” Qanuna dəyişiklik edilmişdir. Həmçinin , İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlıq çərçivəsində ölkəmiz 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013- cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə IV Monitorinq Mərhələlərini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə etmişdir. Müzakirə olunan məsələlərdən biri Parlament və Xalq: fövqəladə halların həlli. kimi gündəlikdədir.Dialoq parlamentlə parlamentarilər və onların təmsil etdiyi vətəndaşlar arasında münasibətlərə geniş yer ayıracaq. Fövqəladə hallar zamanı ictimaiyyəti korrupsiyaya qarşı mübarizəyə cəlb etmək və onların hüquqlarını qorumaq təşəbbüsləri araşdırma predmetidir. UNCAC-ın ictimaiyətin məlumatlandırılması (10), cəmiyyətin iştirakı (13) və korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi (33) ilə bağlı müddəalarını rəhbər tutaraq, ictimaiyyətin məlumatlandırılması, korrupsiyanın qarşısının alınmasına və mübarizə aparmağa cəlb etmə baxımından Azərbaycan təcrübəsi: Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi tarixdən etibarən ölkədə fövqəladə hal elan edilmə təcrübəsi olmamışdır. Bununla belə, 2020-ci ilin 13 mart tarixində COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin elan edilməsini və bununla bağlı vətəndaşların hərəkət azadlığına tətbiq edilən məhdudiyyətlərin olmasını, virusdan çoxsaylı ölüm hallarını nəzərə alaraq həmin vəziyyəti fövqəladə hal kimi qiymətləndirmək olar. Beynəlxalq sahədə əməkdaşlıq çərçivəsində qeyd etmək olar ki, 2021-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib . 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasında Şəbəkənin fəaliyyət istiqamətləri sırasına daxil olan məsələlərdən biri də bütün dünyanın COVİD-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda qanunverici orqanlar arasında dialoqun intensivləşdirilməsinə, parlament diplomatiyasının gücündən istifadə edərək ortaq qərarlar qəbul edilməsidir. Parlamentin fövqəladə hallar vəziyyətində korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda vətəndaşların hüquqularının qorunmasında (korrupsiya sahəsi də buna daxildir) parlamentin təşəbbüskarlığına güclü hüquqi baza mövcuddur. 7 dekabr 2021-ci ildə isə Milli Məclisdə koronavirus pandemiyası ilə bağlı keçirilmiş dinləmələrdə vaksinlərin keyfiyyət göstəriciləri, vaksinləşmənin növbəti mərhələləri, səhiyyənin müvafiq sahəsində mütəxəssis, infrastruktur təminatı, avadanlıqlarla, test və laboratoriyalarla təchizat, klinik protokolların və digər müvafiq standartların yenilənməsi kimi məsələlərlə bağlı mövcud vəziyyət və görüləcək işlər müzakirə olunub. Dinləmələrə dəvət olunan Səhiyyə nazirinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədri və mərkəzi icra hakimiyyəti orqanlarının digər rəhbər vəzifəli şəxsləri müzakirələrə qatılıblar. Pandemiyanın əhatə etdiyi dövrlərdə Milli Məclisdən Azərbaycan Republikasının Baş prokurorluğuna (Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) baxılması üçün 2020-ci ildə 82, 2021-ci ildə 79, 2022-ci ildə isə 58 seçicinin korrupsiya xarakterli müraciəti daxil olmuş, həmin müraciətlərə baxılmış, müraciətlərə baxılması nəticəsində aparılmış araşdırmalarla aidiyyəti vəzifəli şəxslər barəsində cinayət işləri açılmış, cinayət tərkibi olmayan hallarda isə digər preventiv xarakterli təsir tədbirləri görülmüşdür (xəbərdarlıq və təqdimat). Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılan, Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olan Hesablama Palatası tərəfindən pandemiya dövründə- aşkar edilmiş hüquqpozmalar, aidiyyəti məlumatlar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş və həmin işlər üzrə müvafiq olaraq cinayət işləri başlanılmış, digərlərinə isə inzibati icraat qaydasında baxılaraq qərar qəbul edilmişdir. UNCAC-ın 33-cü maddəsinin (korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsi) tətbiqi baxımından görülmüş işlərdən nümunə kimi təqdim edə bilərik: Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 11- 1 və 11-2-ci maddələri ilə tənzimlənir. Həmin Qanunun müddəalarına görə Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bir daha hamınıza apardığımız ümumi işlərimizdə və şəxsi həyatınızda uğurlar arzulayıram. Dear friends, I am pleased to participate in the inter-parliamentary dialogue on the implementation of the UN Convention against Corruption (UNCAC) and welcome you here. The Global Organization of Parliamentarians Against Corruption (GOPAC) was founded to fight corruption, strengthen traditions of good governance and uphold the rule of law. Traditionally, the organization has called a Global Conference to define the international agenda and to cooperate in the fight against political corruption, to act as an international center of attention. .Because the countries' positive experiences and innovative approaches are important in the fight against corruption. As an example of positive experiences, let's note that the Milli Majlis of Azerbaijan takes an active position in anti-corruption initiatives. I would like to note that the main functions are to participate in the formulation of state policy in the field of fighting corruption, to coordinate the activities of state bodies and other institutions in this field, to analyze the state and effectiveness of the fight against corruption, and to carry out the functions of a specialized body in the field of corruption prevention. 5 of the 15 members of the Anti- Corruption Commission of the Republic of Azerbaijan are deputies appointed by the Milli Majlis of the Republic of Azerbaijan. In addition, the Defense, Security and Anti-corruption Committee in the National Assembly prepares draft laws in the field of combating corruption, among other areas, or gives opinions on submitted draft laws. Also, the Cabinet of Ministers of the Republic of Azerbaijan, the Chamber of Accounts and the Ombudsman submit an annual report to the Milli Majlis on their activities, including the work they do in the field of fighting corruption. Also, discussions of the draft state budget in the Milli Majlis are conducted in a transparent manner and are covered in the media. Also, in 2023, the Milli Majlis adopted new laws of significant importance in terms of corruption and terrorist financing, taking into account the most advanced international standards - "On the fight against the legalization of property obtained through crime and the financing of terrorism" and "On Targeted Financial Sanctions". The Law "On Cashless Settlements" has been amended regarding the purchase and sale of movable property with a total amount of more than 15,000 manats only in a cashless manner (which is important in terms of eliminating the shadow economy). Also, in the framework of effective cooperation with the Anti-Corruption Network of the Organization for Economic Cooperation and Development (OECD) for Eastern Europe and Central Asia, in 2006-2010, our country was included in OECD I, II in 2010-2013, and II in 2013-2016. III successfully completed IV Monitoring Stages in 2016-2019 and obtained a compliance report. One of the issues discussed is Parliament and the People: emergency response. The dialogue will devote a lot of space to the relations between the parliament and the parliamentarians and the citizens they represent. Initiatives to involve the public in the fight against corruption and protect their rights during emergencies are the subject of research. Guided by UNCAC provisions on public information (10), public participation (13) and protection of whistleblowers (33), in terms of public information, involvement in preventing and fighting corruption Azerbaijani experience: Since the Republic of Azerbaijan regained its independence, there has been no experience of declaring a state of emergency in the country. However, on March 13, 2020, due to the COVID-19 pandemic, the announcement of a special quarantine regime in the country and the related restrictions on citizens' freedom of movement, as well as numerous deaths from the virus, can be considered an emergency situation. In the framework of cooperation in the international field, it can be noted that in 2021, during the chairmanship of the Non-Aligned Movement, Azerbaijan took the initiative to create the Parliamentary Network of the Non-Aligned Movement at the initiative of our country. At the founding meeting, which was attended by up to 200 representatives from nearly 50 countries, one of the issues included in the network's activity directions was to intensify dialogue between legislative bodies and make joint decisions using the power of parliamentary diplomacy at a time when the whole world is facing the COVID-19 pandemic. Is to do. There is a strong legal basis for the initiative of the parliament in the protection of citizens' rights in Azerbaijan in the fiel Azerbaijan in the field of fighting against corruption in emergency situations (this includes the field of corruption). On December 7, 2021, in the hearings held in the Milli Majlis regarding the coronavirus pandemic, the current situation regarding issues such as quality indicators of vaccines, next stages of vaccination, specialists in the relevant field of healthcare, provision of infrastructure, equipment, tests and laboratories, updating of clinical protocols and other relevant standards and things to be done were discussed. Invited to the hearings, the Deputy Minister of Health, the Chairman of the Management Board of the Union of Medical Territorial Units (TABIB) and other senior officials of the central executive authorities participated in the discussions. During the period covered by the pandemic, 82 corruption-related appeals of voters were received from the Milli Majlis to the Prosecutor General's Office of the Republic of Azerbaijan (General Anti-Corruption Directorate) in 2020, 79 in 2021, and 58 in 2022. As a result of the investigations, criminal cases were opened against the relevant officials, and in cases where there was no crime, other preventive measures were taken (warning and presentation). During the pandemic, the Chamber of Accounts, which is the supreme audit body established by the Milli Majlis of the Republic of Azerbaijan, reports to the Milli Majlis, and carries out permanent external state financial control, has sent the relevant information to the Prosecutor General's Office of the Republic of Azerbaijan, and criminal cases have been filed accordingly. Started, and the others were considered and decided in the order of administrative proceedings. As an example of the work done in terms of the application of Article 33 of the UNCAC (protection of whistleblowers on corruption offences), we can present: Reporting of corruption-related offenses is regulated by Articles 11-1 and 11-2 of the Law of the Republic of Azerbaijan on Combating Corruption. According to the provisions of that Law, the persons who are guilty of breaching the confidentiality of the informant in relation to corruption- related offenses shall be held responsible in accordance with the law. Once again, I wish you all success in our common work and in your personal life. Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının mətbuat xidməti. Geri dön |