Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vinni Byanima: Dünya gələcək pandemiyalara hazır olmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Vinni Byanima: Dünya gələcək pandemiyalara hazır olmalıdır

Vinni Byanima: Dünya gələcək pandemiyalara hazır olmalıdır


BMT-də qlobal səhiyyənin vəziyyəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək.

Bunu bu gün BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” adlı paneldə bildirib.
O bildirib ki, COVID 19 pandemiyası peyvəndlərin ədalətli paylanmasında ciddi problemlərin olduğunu ortaya çıxartdı.

"İnkişaf etmiş ölkələrdə orta hesabla əhalinin 72 faizi hər iki doza peyvəndlə təmin olunduğu halda, yoxsul ölkələrdə insanların çoxu heç birinci dozanı qəbil etməyib. Peyvəndlərin bərabər paylanmasında ədalətsizlik oldu, bərabərsizlik çox sayda ölümlərlə nəticələndi. Peyvəndlərin ədalətli və bərabər paylanılmasına nəzarət hökumət və liderlərin məsuliyyətidir".

Vinni Byanima deyib ki, BMT-də müzakirələr keçirilməli və dünya gələcək pandemiyalara hazır olmalıdır: "Məlumat mübadiləsi aparmaq lazımdır. Danışıqlara bütün ölkələr cəlb olunmalıdır. Ancaq təəssüf ki, Şərq və Qərb arasında gərginlik danışıqlara mane olur".

O əlavə edib ki, sentyabr ayında BMT-də pandemiyaya hazırlıq, qlobal səhiyyə sisteminin yaradılması ilə bağlı mövzuların müzakirə olunduğu beynəlxalq konfrans keçiriləcək.

Geri dön