Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycandakı son siyasi həbslər müzakirə olundu.
Güney Azərbaycandakı son siyasi həbslər müzakirə olundu. |
Beynəlxalq Mətbuat mərkəzində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşəbbüsü ilə “Güney Azərbaycanda son siyasi həbslər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə müüxtəlif ictimai-siyasi təşkilatların nümayəndələri, ziyalılar, gənclər və KİV təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BAO başqanı Zahir Əlisoy İranda qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq Güneydəki milli fəallarımıza qarşı repressiyaların artması haqqında qısa məlumat verib və əlli milyonluq xalqın bu məsələdə birlik nümayiş etdirməli olduğunu qeyd edib. Sonra Güneydəki son hadisələri əks etdirən videoçarx nümayiş etdirilib. BAO-da xarici əlaqələr üzrə məsul, BAO məşvərət məclisinin üzvü Hakim Sadiqli Güneydəki son durum, o cümlədən son aylarda həbs olunan milli fəallar haqqında ətraflı məlumat verib, Azərbaycan dövlətinin və müxtəlif təşkilatların bu məsələyə laqeyid qalmalarının çox mənfi hal olduğunu qeyd edib. BAO-da ideoloji məsələlər üzrə məsul, BAO Məşvərət Məclisinin üzvü Şirvani Ədilli mövcud beynəlxalq durum haqqında qısa məlumat verib və İranla bağlı yeni vəziyyətin yaranmaqda olduğunu, bu vəziyyətdən milli mənafeyimizə uyğun yararlanmağın vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu mübarizədə əsas qüvvə Güneydəki milli hərəkatdırsa, digər qüvvə də ona dəstək verəcək Quzeydəki və xaricdəki təşkilatlardır. Daha sonra Milli Dirçəliş Hərəkatı Partiyası sədri, Millət Vəkili Fərəc Quliyev, Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elşin Mirzəbəyli, tarixçi alim Dilalvər Əzimli, Uluslararası Güney Axərbaycan Konseyi İH-nin üzvü Mərdan Seyidbəyli, ASM İB-nin sədri Qurban Turanoğlu, BAXCP sədrinin müavini Yaşar Kələntərli, Ümid partiyasından Taleh Əliyev, UGAK-nin üzvü Sədaqət Paşayeva, MHDP Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli və Gənclər Təşkilatının sədri Seymur Həsənli, BAO Məşvərət Məclisinin üzvü Bəxtiyar Tuncay, Türkiyədən Mehmet Akçay, tarixçi alim Sübhan Taliblı və b. çəxslər mövzu ətrafında öz fikirlərini bölüşüblər. Sonda tədbirin bəyanatı və 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Millətlər Məclisinə müraciətinin ildönümü ilə bağlı BAO-nun dünya Azərbaycanlılarına müraciəti oxundu. Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşəbbüsü ilə “Güney Azərbaycanda son həbslər” mövzusunda keçirilmiş dəyirmi masanın BƏYANATI Bir əsrə yaxındır ki, İran adlanan dövlətdə milli zəmində ayrıseçkilik siyasəti həyata keçirən şovinist fars rejimi son illər Güney Azərbaycanda milli fəallara qarşı repressiyaları daha da artırıb. Mahmud Fəzli, Mehdi Həmidi Səfi, Fərdin Muradpur, Məhəmməd Əhədi, Əziz Purvəli, Həsən Ərk, Səid Mətinpur, Əhməd Rzayi, Mehdi Kuxiyan, Əzimiyyə Qədim, Oqtay Vəlizadə, Yürüş Mehrəlibəyli, Əmir Çəmənli və b. milli fəallar haqsız olaraq həbs olunmuşdur. Son bir ayda isə 20-dən çox fəal saxlanılmışdır. Saxlanılanlar heç bir səbəb göstərilmədən ETTELAT əməkdaşları tərəfindən birbaşa evində, küçədə və b. yerlərdə qəflətən tutulub aparılırlar. Həbsxanalarda isə onlar şantajlara, fiziki və mənəvi təzyiqlərə, işgəncələrə məruz qoyulurlar. Hətta ötən ilin avqust ayında baş vermiş zəlzələ zamanı bölgəyə yardım aparmış 15 soydaşımıza ötən günlərdə Tərbiz inqilab məhkəməsi tərəfindən 6 aydan 2 ilə qədər həbs qərarı verilmişdir. Biz İran rejimindən öz təbii milli haqları uğrunda mübarizə aparan şəxslərə qarşı apardığı repressiyalara son qoymağı və həbs olunmuş fəalların dərhal azad olunmasını tələb edirik, Azərbaycan ictimaiyyətindən və beynəlxalq təşkilatlardan bu rejimin şovinist siyasətinə biganə qalmamağa, Güney Azərbaycan türklərinin haqq işınə mümkün sivil vasitələrlə dəstək verməyə çağırırıq. Bütöv Azərbaycan Ocaqlarının (BAO) 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Millətlər Məclisinə müraciətinin ildönümü ilə bağlı dünya Azərbaycanlılarına MÜRACİƏTİ Əziz Həmvətənlər! Məlum olduğu kimi, kinci dünya müharibəsinin başlanılması, Böyük Britaniya ilə yanaşı Sovetlər Birliyi hərbi hissələrinin İrana daxil olması, Rza şah rejiminin zəifləməsi mövcud rejimin laxlaması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmışdı ki, bu da Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının başlamasına səbəb olmuş, nəticədə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Höküməti yaranmışdı. Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı çoxillik Milli Azadlıq Hərəkatının təbii yekunu kimi şərtlənməkdə idi. Azərbaycan Milli Höküməti İranda Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir. Mövcud olduğu bir il ərzində Azərbaycan Milli Höküməti tərəfindən: 1.Torpaq islahatı həyata keçirildi; 2. İri banklar milliləşdirildi; 3.Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu; 4.Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı 5.Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi; 6.Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu; 7.Güney Azərbaycan Milli Ordusu yaradıldı. Əziz həmvətənlər! 1946-cı ilin yanvar ayının 26-sı Azərbaycan tarixinə Güney Azərbaycanda fəaliyyət göstərmiş Milli Hökumətin Millətlər Məclisinə (bugünkü BMT-nin sələfi) müraciət edərək Güney Azərbaycanın müstəqilliyinin tanınmasını tələb etdiyi gün kimi daxil olmuşdur. Bu gün həmin gündən düz 67 il keçir. Bütöv Azərbaycan Ocaqları bu anlamlı gündə üzünü Güneydəki bacı və qardaşlarına tutaraq bəyan edir ki, bu gün dünyada və İranın daxilində baş verməkdə olan proseslər hazırda yeni şəraitin yaranmasına gətirib çıxarıb və yaxın zamanlarda hamımız İrandakı bütün əsir xalqların, o cümlədən güneyli soydaşlarımızın öz müqəddəratını təyin etmək uğrunda mübarizəsinin aktiv fazasının şahidi olacağıq. Ələ düşmüş yeni tarixi fürsəti mütləq düzgün dəyərləndirməli və ötən əsrin ortalarında edilmiş səhvlərdən dərs çıxarmalıyıq. Güney Azərbaycan mütləq müstəqil olacaq! Məqsədimiz Azərbaycanın bütövlüyü və birliyidir! Geri dön |