Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İsrailin baş naziri məhkəmə islahatları ilə bağlı prezidentin güzəşt təklifini rədd edib
İsrailin baş naziri məhkəmə islahatları ilə bağlı prezidentin güzəşt təklifini rədd edib |
İsrailin baş naziri Benyamin Netanyahu prezident İtsak Hersoqun mübahisəli məhkəmə islahatları ilə bağlı irəli sürdüyü kompromis təklifini rədd edib.
Bu barədə Netanyahu özünün “Twitter“ səhifəsində yazıb. Hökumət başçısının sözlərinə görə, prezident planı hakim koalisiyanın can atdığı hakimiyyət qolları arasında balansı təmin etmir. “Təəssüf ki, prezidentin təklifi koalisiya nümayəndələri ilə razılaşdırılmadı. Onun təqdim etdiyi planın əsas hissələri yalnız mövcud vəziyyəti gücləndirir və İsraildə hakimiyyət qolları arasında lazımi tarazlığı gətirmir. Bu, acı həqiqətdir”. O, prezidentin məhkəmə islahatları ilə bağlı danışıqlar aparmaq cəhdlərini alqışlayıb, müxalifəti dialoqa hazır olmamaqda ittiham edib. Geri dön |