Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT İran hökumətini Musəvi və Kərrubini azadlığa buraxmağa çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > BMT İran hökumətini Musəvi və Kərrubini azadlığa buraxmağa çağırıb

BMT İran hökumətini Musəvi və Kərrubini azadlığa buraxmağa çağırıb


BMT-nin İnsan Hüquqları üzrə İşçi Qrupu İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin qeyri-qanuni həbsdə saxlanmasını kəskin pisləyib.


Qurum İran hökumətini bu özbaşınalığa dərhal son qoymağa və M. Musəvi, onun həyat yoldaşı Zəhra Rəhnəvərd və M. Kərrubini azadlığa buraxmağa çağırıb. BMT-nin İnsan Hüquqları üzrə İşçi Qrupu hər üç şəxsin heç bir ittiham irəli sürülmədən və məhkəmənin qərarı olmadan yerli və beynəlxalq qanunlara zidd olaraq həbsdə saxlanıldığını bildirərək, bu addımı insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib.



Qeyd edək ki, M. Musəvi və M. Kərrubi İranda 2009-cu ildə keçirilmiş prezident seçkilərinə ölkə müxalifətindən namizəd kimi qatılıblar. Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş prezident seçkilərinə etiraz etdikləri üçün onlar ev dustağı cəzasına məhkum ediliblər.

Geri dön