Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Oruc tutanlar immunitetin aşağı düşməməsinə diqqət yetirməlidirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Oruc tutanlar immunitetin aşağı düşməməsinə diqqət yetirməlidirlər

Oruc tutanlar immunitetin aşağı düşməməsinə diqqət yetirməlidirlər


Ramazan ayında imsak xüsusilə əhəmiyyətlidir və bu zaman vitaminli qidalardan istifadə edilməsi immunitetin zəifləməməsi üçün çox vacibdir. Mütəxəssislər bildirirlər ki, kortəbii qidalanmaq mədə üçün təhlükəlidir. Səhər oyananda iki stəkan su içmək olduqca vacibdir. Həmçinin orucu açarkən xurmadan da istifadə olunmalıdır.
Həkim-terapevt Yeganə Cəfərova bununla əlaqədar deyib: “Ramazan ayında oruc tutanlar yuxu rejiminə, qida rasionuna, maye qəbuluna çox diqqətli yanaşmalıdırlar ki, gün ərzində xroniki yorğunluqla üzləşməsinlər. Oruc tutanların çoxunda baş ağrıları, başgicəllənmə, ümumi yorğunluq, halsızlıq, diqqət pozulmaları və s. əlamətlər müşahidə olunur. İmsak vaxtı bir qədər yüngül qidalar qəbul olunmalıdır, iftarda isə kalorili, vitamin və minerallarla zəngin olan qidalardan istifadə etmək lazımdır ki, gün ərzində ac qaldığı müddətdə fiziki və zehni yorğunluq yaranmasına səbəb olmasın”.

Ramazan ayında gecə yemək yeyib imsaka oyanmayanlar bilməlidirlər ki, bu immun sisteminə mənfi təsir göstərir.

Geri dön