Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Monteneqronun yeni prezidenti: Avropa İttifaqına üzv olmaqda qərarlıyıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Monteneqronun yeni prezidenti: Avropa İttifaqına üzv olmaqda qərarlıyıq

Monteneqronun yeni prezidenti: Avropa İttifaqına üzv olmaqda qərarlıyıq


Monteneqronun yeni prezidenti seçilən Yakov Milatoviç ölkəsinin Avropa İttifaqına (Aİ) üzv olmaqda qərarlı olduğunu vurğulayıb.

Xarici siyasətdə prioritetinin Monteneqronun Aİ-yə üzvlüyünün sürətləndirilməsi olduğunu deyən Y.Milatoviç qarşıdakı 5 ildə bunun reallaşacağına əminliyini bildirib.

O, seçkilərdəki qələbəsinin Avropa dəyərlərinin qələbəsi olduğunu, Monteneqro ilə Serbiya arasındakı münasibətlərin yaxşılaşdırılması üçün çalışacağını qeyd edib.

Xatırladaq ki, Monteneqroda aprelin 2-də keçirilən seçkilərin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri 37 yaşlı Yakov Milatoviç seçicilərin 60 faizinin səsini toplayaraq ölkənin səkkizinci prezidenti olub.

Hazırkı Prezident Milo Cukanoviç səlahiyyət müddəti isə mayın 19-da başa çatır.

Geri dön