Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Xarici donorların qrant vermək hüququnun əldə edilməsi ilə bağlı müqavilələrin qeydiyyatı asanlaşdırılıb
Xarici donorların qrant vermək hüququnun əldə edilməsi ilə bağlı müqavilələrin qeydiyyatı asanlaşdırılıb |
Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi ilə bağlı müqavilələrin qeydiyyatı asanlaşdırılıb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 4.5-ci bəndi ilə Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət” indeksi qiymətləndirilməsinin nəticələri əsasında dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması tapşırılıb. Nazirlər Kabinetinin qərarı ilə “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli və “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” qərara edilən dəyişiklik dövlət xidmətlərinin göstərilməsi zamanı dövlət informasiya ehtiyatları və sistemlərində olan sənədlərin (məlumatların) vətəndaşlardan tələb edilmədən həmin informasiya ehtiyatları və sistemlərindən əldə edilməsi, bununla da dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı müddəaları müəyyən edir. Qərara əsasən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi və qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək. Geri dön |