Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:TDT formalaşıb və bu yeni gücdür
Fərəc Quliyev:TDT formalaşıb və bu yeni gücdür |
"Yeni dünya düzəni" deyilən qaydalarda dəyişikliklərin baş verdiyini deyən Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri, sabiq millət vəkili Fərəc Quliyev "Sherg.az"a vurğulayıb ki, artıq bütün daşlar yerinə oturur və yeni formatlar yaranır:
" O cümlədən Türk Dövlətləri Təşkilatı da (TDT) formalaşıb və bu yeni gücdür. Bu təşkilatın güclənməsi baxımından Azərbaycan-Qazaxıstan münasibətlərinə yenidən baxılması və sənədlərin imzalanması çox əhəmiyyətlidir. Həmçinin Qazaxıstan KTMT-nin üzvüdür. Ermənistan isə bu təşkilatdan Azərbaycan qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Son vaxtlar Avropa İttifaqının missiyası Ermənistan sərhəddinə göndərildi. Bundan sonra KTMT-də öz missiyasını bölgəyə göndərməyə cəhd edir. Yəni əgər missiya Azərbaycan-Ermənistan sərhəddinə gələrsə, onun tərkibində olan Qazaxıstanla münasibətlərin gücləndirilməsi, KTMT-nin digər üzvləri ilə əlaqə saxlamaq baxımdan önəmlidir. Digər tərəfdən Şərq-Qərb dəhlizinin İnkişafı Qazaxıstan və Azərbaycandan xeyli dərəcədə asılıdır. Onlar tam olaraq "qızıl körpü" rolunu oynayırlar. Bu ticarət yolunun işlənməsi ilə, hər iki ölkə qazanc götürmək istəyir. Həmçinin iqtisadi qazanclardan əlavə, siyasi mənada da müəyyən avantajların əldə edilməsi üçün Azərbaycan və Qazaxıstan ortaq davranmalıdır". Partiya sədrinin sözlərinə görə, Çinin və Qərbin bölgəyə marağı çox böyükdür: "Hər kəs burada yeni proseslər üçün hazırlıqlar görür. Azərbaycan Prezidenti də son həftə ərzində iki dəfə Orta Asiya ölkələrinə səfər etməklə, bölgədəki maraqlarını aktual saxlamağa çalışır. Ümumiyyətlə, bu görüşlərin həm iqtisadi, həm də siyasi yükü var. Digər tərəfdən ortaq şuranın yaradılması, bir çox məsələlərə birlikdə baxılmasına şərait yaradır. Ərdoğanın sözləri ilə desək, TDT-də olan ölkələr gələcəyini ortaq müəyyənləşdirir. Düzdür, biz müxtəlif basıqlarla məruz qala bilərik. Bundan qurtulmaq üçün isə qabaqlayıcı tədbirlər görülməlidir. Hesab edirəm ki, Azərbaycan Qazaxıstan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi üçün bu görüşün çox böyük önəmi var". Nihat Müzəffər/sherg.az Geri dön |