Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb

Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb


Azərbaycanda 2022-ci ildə 32933 təsərrüfatda mövcud olan 656,1 min arı ailəsindən 7445,9 ton bal, 174,1 ton mum, 19,1 ton vərəmum, 23,4 ton güləm və 379,1 kq arı südü əldə olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Balın 1 kiloqramının orta satış qiyməti 26,7 manat, mumun - 14,7 manat, vərəmumun - 91,0 manat, güləmin - 131,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,6 manat olub.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilmişdir ki, bu da arıçılığın inkişafını stimullaşdırmış, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaratmış, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirmişdir. Belə ki, 2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artmışdır. Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 14 ildə bal istehsalı 5,3 dəfə, arı ailələrinin sayı 4,6 dəfə artmış, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 19,9-dək yüksəlmişdir.

Geri dön