Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Bu dövrdə səfərbərliyə ehtiyac yoxdur
Bu dövrdə səfərbərliyə ehtiyac yoxdur |
Son günlər Azərbaycan-Ermənistan şərti sərhədində yaşanan eskalasiyadan sonra sülhə məcbur etmə və anti-terror əməliyyatlarının keçirilməsi ilə bağlı fikirlər səslənir. Belə bir situasiyada yenidən səfərbərlik elan edilə bilərmi?
“Səfərbərlik və ya qismən səfərbərlik elan edilməsi ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəsna səlahiyyətlərinə aid məslədir. 2020-ci ilin 27 sentyabrında Azərbaycan ordusu erməni təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı, 28 sentyabrında Azərbaycan Prezidenti qismən səfərbərlik elan etdi. Azərbaycan gəncləri könüllü olaraq döyüşlərə yollandı. On minlərlə gənc cəbhəyə getmək üçün müraciət etdi. İndiki durumda səfərbərliyi heç bir ehtiyac yoxdur. Bildiyiniz kimi Azərbaycanın güclü ordusu var, son illər komando hərbi birləşmələri yaradılıb, xüsusi təyinatlı qüvvələrin sıraları gücləndirilib. Bununla yanaşı müxtəlif vaxtlarda həm dağlıq, həm meşə şəraitində plana uyğun olaraq döyüş təlimləri keçirilib. Bütün bu tədbirlər nəticəsində Azərbaycan ordusunun döyüş hazırlığı yüksək səviyyədədir və istənilən tapşırığı, o cümlədən anti-terror əməliyyatları ilə bağlı tapşırıqları yerinə yetirmək gücündədir”. Emin Həsənli hesab edir ki, ordunun güclü olması istənilən dövlətin bir nömrəli vəzifəsidir və hazırda Azərbaycan dövləti belə bir orduya malikdir: “Təbii ki, dövlətin müdafiə qabiliyyətinin, ordusunun güclü olmasının əsas şərtlərindən biri də səfərbərlik potensialıdır. Ehtiyatda olan qüvvələrin daim döyüş hazırlığında olması da vacibdir. Bu gün texnoloji inkişaf elə səviyyədədir ki, silahlar, texnika daim yenilənir. Və bu yeni silah, texnikadan ehtiyatda olan qüvvələrin baş çıxarması üçün plana uyğun vaxtaşırı təlim toplanışlar keçirilir. Bu təlim toplanışlar plana uyğun və əvvəlcədən elan olunaraq keçirilir. Beləliklə ehtiyatda olan hərbi mükəlləfiyyətli şəxslər ordu ilə birlikdə təlimlərdə iştirak edir və bilik bacarıqlarını artırırlar. Təlimlər əvvəlcədən planlaşdırılır, səfərbərlik isə bir gün içərisində elan olunur və hərbi mükəlləfiyyətli şəxslər səfərbər edilir. Bu dünyanın bütün ordularında belədir. Ordunun güclü olması üçün belə təlimlər ildə bir neçə dəfə keçirilir. Nə qədrə ki, ordu var bu təlimlər keçiriləcək. İstər müharibə şəraiti olsun, istərsə də sülh”. Hərbi ekspert son eskalasiya ilə bağlı yaranmış durumda səfərbərliyə ehtiyacın olub-olmamasına da aydınlıq gətirdi: “Laçın ərazisində baş verən son erməni təxribatlarından sonra bəzi şəxslər səfərbərlik olacağı ilə bağlı fikirlər səsləndirir. Bu fikirlərin heç bir əsası yoxdur. Bir daha təkrar edirəm ki, Azərbaycanın güclü ordusu var və ordumuz istənilən tapşırığı yerinə yetirmək gücünə malikdir. Bəzən elan olunmuş təlimlərlə belə eskalasiyaların zaman etibarı ilə üst-üstə düşməsi müəyyən anlaşılmazlıq yaradır. Hazırda Azərbaycan ordusu yaranmı situasiyada vəziyyətə nəzarət edir və bu dövrdə səfərbərliyə ehtiyac yoxdur. Təlimlər plana uyğun olaraq vaxtaşırı keçirilib və keçiriləcək”. Geri dön |