Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Orta Doğuda erməni vəhşiliyi
Orta Doğuda erməni vəhşiliyi |
Bu dəfə Suriya üzərindən Türk Dünyasını təhdid oyunlarına başlanılıb
Suriyada 200 min nəfər erməni əhalisi yaşayır. Onlar 40 il davam edən Hafiz Əsəd və onun oğlu Bəşər Əsədin diktator rejiminin xüsusi cəza dəstələrində aktiv şəkildə iştirak etmişdilər. Orta Doğuda baş verən son inqilabi proseslərdən sonra, diktator rejimlərinin dayaqları olan sosial stukturlardan instintik şəkildə olsa da, şərqli psixologiyasına uyğun hərəkət edilərək öc almaq kimi siyasətə rəvac verilməkdədir. Belə ki, indi dünya birliyi qarşısında soyqırıma məruz qalmaları yönündə şivən qoparan çərkəzlər və ermənilər özlərinə yeni istinad nöqtələri axtarışına çıxmışlar. Çərkəzlərin bir qismi İordaniya və Türkiyəyə, digərləri isə Rusiya, ABŞ və Avropa ölkələrinə mühacirətə getməyə məcbur olmuşlar. Ermənilər isə əcdadları olan sind və dravid etnogenezisinə uyğun taktikadan bəhrələnməyə başlamışlar. Məsum donuna girməklə bu dəfə digər antitürk mərkəzlərin “siyasi maşası” olmaq üçün hərəkətə keçmişlər. Vətəndaş savaşının səbəbkarı olan ermənilər Orta Doğu ölkələrində yaşayan erməni diasporu hər zaman baş qərargahı Livanın paytaxtı Beyruıda yerləşən “Orta Doğu Erməni Milli Şurası” (Livan, Suriya, Qətər, İraq, Fələstin, İordaniya, İran, İsrail) tərəfindən idarə olunmuşdur. İraqda Səddam Hüseyn, Suriyada “Əsəd ailəsi”, Livanda “Həriri ailəsi”, Liviyada “Qəddafi rejimi”, Misirdə “Mübarək klanı” və digər diktator rejimlərin çirkli pullarının leqallaşdırılması, gizli cəza qüvvələrinin, yəni “ölüm eskadronları”nın yaradılması, kəşfiyyat, işgəncə, terrorlar üzrə şəbəkələrin yaradılması, onların idarə edilməsi sahəsində ermənilərin böyük rolu olmuşdur. Elə bil bu xalq hakimiyyətdə olan diktator rejimlərinin zopası rolunda iştirak etmək, cəza aparatının mütəhərrik şəkildə fəaliyyət göstərməsi üçün yaranmışdır. 1940-cı illərin sonlarından başlayaraq, Orta Doğu ölkələrində qurulan yeni müstəqil diktator rejimlərinin ən yaxın silahdaşı olan ermənilərin bu yöndəki fəaliyyətləri çox təəssüflər olsun ki, bu günə kimi xüsusi tədqiqat obyekti kimi araşdırılmamışdır. Bu yöndə ilk dəfə Suriyada yaşayan və mənşəcə qaraçay türkü olan Məhəmməd Buday iki kitab yazdığına görə Bəşər Əsədin hakimiyyəti zamanı 10 il həbsdə olmuşdur. M. Buday ona siyasi məhbusların saxlanıldığı şəraitdə işgəncələr üzrə ixtisaslaşmış ermənilərin onun dırnaqlarını necə çıxarması, xlorlu suda yarıçılpaq şəraitdə günlərlə saxlanılması haqqında xatirələr kitabları tükürpədici səhnələrlə doludur. Bu əsərlərin hər səhifəsində Əsəd rejiminin adından işgəncələr zamanı ən çox təhqiqrlərə məruz qalan da Suriyada yaşayan türk topluluqları olmasına geniş yer verilmişdir. Buraya türkman, qaraçay, balkar, Anadolu və Azərbaycan türkləri daxildirlər. Rəsmi statistikada qeyd olunduğu kimi 28 milyonluq Suriyada əhalinin 5 milyonu türk topluluqları təşkil edirlər. Ancaq, erməni strateqlərinin hazırladığı proqram əsasında 40 illik Əsəd rejimi, yəni hakim BƏƏS (Ərəb Milliyyətçi Sosialist Partiyası) partiyası tərəfindən türklər ya asimliasiyaya məruz qalmalı, ya da işgəncə aparatının sayəsində gizli şəkildə soyqırıma məruz qalmalı idilər. Ermənilər və çərkəzlər Əsəd rejiminin maşası rolunda çıxış edərək Suriyada ərəb və ermənilər xaric, digər xalqların hüquq və azadlıqlarının tanınmaması siyasəti daim müdafiə olunmuşdur. Ötən 40 ildə Əsəd rejiminə qarşı kin, küdurət, öfkə, qəzəb, intiqam kimi duyğular o qədər inkişaf etmişdir ki, bu gün üsyan edən xalqın bir kəsimi sadəcə rejimin cəlladı rolunda çıxış edən şəbəkələrə qarşı daha qəddarcasına yanaşmaqla keçmişin qisasını alırlar. Buraya Əsəd rejiminə qarşı müxalifətdə olan bir sıra ərəb qəbilələri, türklər və kürdlər daxildirlər. Xristian təəssübünün ladı üzərində antitürk oyunu Ermənilər Kilikiya Kilsəsinin vasitəsilə Suriyadakı vətəndaş savaşının səbəbi kimi sonda onların bir daha bu ölkədə yaşamaq imkanlarının olmayacağını dərk etdikləri üçün Avropa, ABŞ və digər xristian dövlətlərinə üz tutmuşlar. Onlar bu təcrübəni 2003-cü ildə Səddam Hüseyn diktatorluğuna son qoyulan ərəfədə İraqdan 10 min nəfərlik “xristian əhalisi” qismində Fransa, İspaniya, Argentina, Uruqvay, Panama, Braziliya, Meksika, uzaq Avstraliya və digər dövlətlərə səpələnməyə məcbur oldular. Bu dəfə 200 minlik erməni əhalisinin xristian dövlətlərinə miqrasiya axınları elə bu dövlətlərin təəccübünə səbəb olmuşlar. Qərb mətbuatında getmiş analitik yazılarda da zatən qeyd olunur ki, ermənilərə məxsus Ermənistan dövləti varsa, bu zaman nədən Əlcəzair, Tunis, Misir, İraq və digər Orta Doğu dövlətlərindən onlar məhz başqa dövlətlərə miqrasiya edirlər. Müşahidələrə görə, ermənilər bu təhlillərdən vasitə kimi istifadə etmək üçün Türkiyəni, daha sonra isə Azərbaycanı hədəfə almağa başlamışlar. Son bir ayda başda ABŞ olmaqla bir sıra dövlətlərdə Suriya ermənilərinin Türkiyə üzərindən Ermənistana mühacirətə getməsi üçün sərhədlərin açılması imza kampaniyasına belə başlanılmışdır. Halbuki, onlar elə Suriya ilə qonşu olan İran üzərindən heç bir problem olmadan da Ermənistana sərbəst şəkildə getmək imkanlarına malikdirlər. “Amerika Erməni Milli Assambleyası”nın (EMA) hazırladığı hesabatda belə qeyd olunur: “Suriyada davam edən vətəndaş savaşı səbəbindən 60 min insan qətliam olunmuş, 500 min insan isə ölkədən qaçqın düşmüş və 3 milyon vətəndaş ölkə daxilində ən ağır məhrumiyyətlərə məruz qalmışlar. Onların arasında isə ermənilər və çərkəzlər üstünlük təşkil edirlər. Ermənilərin soyqırımdan qurtulmasının tək çözüm yolu isə Türkiyə üzərindən onların Ermənistana küçməsi üçün müvafiq şəraitin yaradılmasıdır”. ABŞ-dakı “ANCA”, “Erməni Təşkilatları Koordinasiya Şurası”, “Amerikalılar Artsax Uğrunda”, “Zoryan- Ermənişünaslıq İnstitutu”, “Armenian National Institute”, “National Association for Armenian Studies and Research, NAASR”, “Advita Fondu”, "Armenian Heritage Press", “Society for Armenian Studies, SAS”, “University of California, Los Angeles (UCLA) - AEF (Armenian Educational Foundation) Chair of Modern Armenian History”, “AGBU-Erməni Humanitar Mərkəzi”, “Şərqi Amerika Erməni Yeparxiya Kilsəsi” (Nyu-York), “Erməni Katolik Kilsəsi”, “Erməni Xalkedon Kilsəsi”, “Erməni Yevangel Kilsəsi”, “Erməni Ortodoks Kilsəsi” və digər qurumlar hərəkətə keçərək ABŞ boyunca bu zavallı “xristian” əhalisinin müdafiəsi üçün imza kampaniyasına başlamışlar. Əsas məsələ isə Türkiyəni küncə sıxışdırmaq, Ermənistanla sərhədlərin müvəqqəti də olsa açılmasına nail olmaqdır. İmza kampaniyasında açıq şəkildə qeyd olunur ki, Suriyadakı ermənilərə qarşı aparılan soyqırımların qarşısını almaq mümkün olmadığı üçün, onlar digər dövlətlərə mühacirət etmək məcburiyyətində qalmışlar. Erməni ailələrində uşaqlar təhsil almaqdan belə məhrum olmuşlar. Bütün bunları nəzərə alaraq, Ermənistan və Dağlıq Qarabağ ərazisində erməni qaçqınlarının məskunlaşması üçün yetərincə təbii imkanlar vardır. Aparılan təbliğatlardan biri də, ermənilərin xristian olması faktorunun qabarıq şəkildə hallandırılmasıdır. İndi bu təbliğata “Avropa Erməni Diaspor Təşkilatları Şurası” da qatılmışdır. Təbliğatlarda qeyd olunan əsas məvzulardan biri də 1915-ci ildə Suriya ərazisində türk ordusunun məzlum xristian ermənilərini soyqırıma məruz qalmasıdır. Suriyada indi yaşanılanlarla uydurma soyqırım nə kimi əlaqəsinin olmasına isə heç kimsə diqqət etmir. Erməni qaçqınları Qafqaza köçmək istəmirlər Ermənistan diaspor nazirliyinin açıqlamasına görə, Suriyadan qaçqın düşmüş erməni əhalisindən 6 min nəfər İrəvana gəlmişlər. İlyarım müddətində bunca az sayda erməni qaçqınlarının Ermənistana gəlməsinin əsas səbəbi isə, dövlət büdcəsinin imkanlarının və qaçqınların məskunlaşması məsələsində onların mənzillə təmin edilməsi şəraitinin olmamasıdır. Digər yandan isə BMT və Beynəlxalq Qızıl Xaç Təşkilatının qaçqınlara İrəvanda müvafiq proqramlar əsasında kömək edilməsi üçün müvafiq layihələrin hələ də hazır olmamasıdır. Beləliklə aydın olur ki, erməniləri qaçqınlıq problemindən daha çox, Türkiyə və Azərbaycana qarşı təhdidlərin beynəlxalq səviyyədə artması yönündə siyasi proseslər daha çox maraqlandırır. Erməni qaçqınları onlara dəstək qismində 2009-cu ildə Sürixdə imzalanmış Türkiyə-Ermənistan Protokolu məsələsinin yenidən gündəmə gətirilməsinə qabardılmasını da fəal şəkildə müdafiə edirlər. ABŞ-da başlanılan imza kampaniyasında erməni təşkilatlarının əsas hədəfi fevral ayının 4-nə kimi 25 min nəfərin imzasını əldə etmək, bunun ardınca Konqresdə və Senatda Türkiyə və Azərbaycana qarşı təzyiqlərin artırılması, sərhədlərin açılması, humanitar dəhliz məsələsinin təmin edilməsi kimi sorunların rəsmiləşdirilməsi üçün açıq şəkildə hərəkətə keçilməsi planlaşdırılmışdır. Ermənilər bildirirlər ki, 1993-cü ildən Azərbaycan və Türkiyə Ermənistanı blokada şəraitində saxlayırlar. Buna görə də ölkənin itkiləri milyardlarla dollar vəsait deməkdir. Türkiyə tərəfi isə bildirmişdir ki, əgər Ermənistan humanitar siyasəti müdafiə edirsə, bu zaman Azərbaycanın işğal olunmuş ərazilərinə qaçqın düşmüş azərbaycanlılar da zatən bu humanitar siyasətdən məhrum edilmişlər. Azərbaycanın qaçqın düşümüş bir milyon əhalisi üçün humanitar siyasət rəsmiləşdirilməyincə, Türkiyə də İqdır vilayəti üzərindən Ermənistana humanitar siyasətin aparılmasına görə sərhədlərin açılmasına imkan verməyəcəkdir. İrəvandakı əksər humanitar yardım təşkilatları etiraf etmişlər ki, erməni qaçqınlarının məskunlaşması məsələsində xeyli problemlər var. “Qardaşına Yardım Et” təşkilatının sədri, parlamentin deputatı, Daşnaksütyun Partiyasi siyasi şurasının üzvü Vaan Ovannisyan Rusiyada dərc olunan “Yerkramas” qəzetinə açıqlamasında bildirmişdir ki: “Avropa, ABŞ və Rusiyada apardığımız genişmiqyaslı təbliğatlara baxmayaraq, ümidlərimiz doğrulmadı. Buna görə də, Suriya erməniləri Ermənistana köçmək fikrində deyillər. Bu da beynəlxalq səviyyədə erməni diasporunun mövqelərinin zəifləməsinə səbəb olmuşdur”. Türkiyə tərəfi Suriyadakı ermənilərə humanitar yardımların daşınmasında koridorun açılması üçün müvafiq şəraitin yaradılmasına dəstək verdiyini bildirmişdir. 500 minlik Suriya qaçqınlarından 150 min nəfərin Türkiyədə qaçqın kimi yaşaması faktı da rəsmi Ankaranın humanist mövqeyini bir daha təsdiq edir. Ermənilər isə siyasi avantüraya hesablanmış provakasiyaların sayəsində antitürk ovqatını beynəlxalq səviyyədə təbliğatın yeni forma və məzmun daşımasına çalışırlar. Ənvər BÖRÜSOY Geri dön |