Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Səfir: Roma Papası dəfələrlə Azərbaycanın multikultural və çoxmillətli ölkə olmasını yüksək qiymətləndirib
Səfir: Roma Papası dəfələrlə Azərbaycanın multikultural və çoxmillətli ölkə olmasını yüksək qiymətləndirib |
Roma Papası dəfələrlə Azərbaycanın multikultural və çoxmillətli ölkə olmasını yüksək qiymətləndirib.
Bu fikirlər Ermənistanın Vatikandakı səfiri Karen Nazaryanın “Farodi Roma” portalına müsahibəsində səsləndirdiyi əsassız iddialara cavab olaraq Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun nəşrin redaksiyasına göndərdiyi məktubda yer alıb. Azərbaycan səfiri erməni həmkarına cavabında bildirib ki, ölkəmizdə Qarabağa (Azərbaycanda artıq “Dağlıq Qarabağ” deyilən ərazi vahidi yoxdur) qarşı nifrət hissi ola bilməz, çünki Qarabağ Azərbaycanın bir hissəsidir, bunu bütün beynəlxalq sənədlər, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi sübut edir. Ermənistan monoetnik ölkədir, Azərbaycanın isə multikultural və çoxmillətli olması bütün dünyada qəbul edilən bir faktdır və bu, dəfələrlə Roma Papası tərəfindən yüksək qiymətləndirilib. “Erməni səfiri bugünkü vəziyyətin Ermənistanın 1988-ci ildə Azərbaycana, Qarabağ bölgəsinə qarşı irəli sürdüyü ərazi iddialarının və SSRİ-nin dağılmasından sonra Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün birbaşa nəticəsi olduğunu dərk etmədən təhrif olunmuş reallığı təqdim edir. Ermənistan otuz ilə yaxın müddətdə Azərbaycanın ərazisinin 20 faizini hərbi işğal altında saxlayıb, bir milyon azərbaycanlı qaçqın və köçkün həyatı yaşamağa, öz yurd-yuvasını tərk etməyə məcbur olub. 1992-ci ilin fevralında ermənilər Xocalıda soyqırımı törədib, həmin günahsız dinc sakinlər məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Ermənistanda da Azərbaycanın bütün tarixi və mədəni irsinin məhv edilməsi ilə bağlı faktlar mövcuddur. Belə dağıntılar Ermənistanın ərazilərimizə hərbi təcavüzündən əvvəl də, işğal zamanı və ondan sonra da baş verib. Bunun əsasında Ermənistanda monomədəni məkan yaratmağa yönəlmiş sistemli irqi ayrı-seçkilik siyasəti dayanır. Bütün bunlara baxmayaraq, bizdə nifrət hissi yoxdur. Azərbaycan 2020-ci ildəki Vətən müharibəsində beynəlxalq hüquq normalarına uyğun ədaləti bərpa edib. Biz dəfələrlə Azərbaycanın Qarabağ bölgəsinin erməniləri ilə harmoniya və sülh şəraitində yaşamaq istədiyimizi və bu yolda qəti şəkildə irəlilədiyimizi bəyan etmişik. Azərbaycan heç bir kənar müdaxilə olmadan öz torpaqlarını işğaldan azad edib”, - deyə İ.Muxtarov məktubunda qeyd edib. Səfir Laçın yolundakı vəziyyətlə bağlı mövcud reallığı, indiyədək bu yoldan 6000-dən çox müxtəlif təyinatlı avtomobilin maneəsiz keçdiyini, erməni tərəfinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” kimi iddialarının həqiqəti əks etdirmədiyini bildirib. Qeyd edib ki, Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi həmin minaların regionun normallaşmasına, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz evlərinə qayıtmasına ən böyük maneədir, daimi təhlükə və ölüm mənbəyidir. Diplomat vurğulayıb ki, Azərbaycan hazırda 30 il ərzində Ermənistanın vandalizmə məruz qoyduğu və dağıdılmış ərazilərinin, o cümlədən bütün dini tikililərin bərpasını həyata keçirir. Ermənistan Azərbaycanın bütün mədəni və dini irsini hədəfə alaraq görünməmiş mədəni soyqırımı törədib. Azərbaycan irsinə məxsus 700-dən çox tarixi abidə, 22 muzey, 927 kitabxana erməni vandalizminin qurbanına çevrilib. Azərbaycan səfiri erməni həmkarını bütün bu reallıqları etiraf etməyə, revanşist ritorikadan əl çəkməyə və öz xalqının dinc, birgə yaşaması və rifahının yeni dövrünü alqışlamağa çağırıb. Nihad Budaqov Geri dön |