Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > XX əsrin əvvəllərində İstanbulda çap olunan İlk Azərbaycan dərsliyi– "Bəsirətül-ətfal”-1907
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > XX əsrin əvvəllərində İstanbulda çap olunan İlk Azərbaycan dərsliyi– "Bəsirətül-ətfal”-1907

XX əsrin əvvəllərində İstanbulda çap olunan İlk Azərbaycan dərsliyi– "Bəsirətül-ətfal”-1907


Görkəmli Azərbaycan pedaqoqu Rəşid bəy Əfəndiyev bir neçə dərslik müəllifidir. Bu dərsliklərdən biri—1898-ci ildə İstanbulda nəşr olunan “Uşaq bağçasi” haqqında ədəbi və elmi ictimaiyyətə "Türkiyədə çap olunmuş ilk Azərbaycan dərsliyi "Uşaq bağçası"- adlı məqaləmizdə ətraflı məlumat vermişdik. ( bax: "Təhsil" jurnalı sentyabr,2011-ci il )
Bu yazımız R.Əfəndiyevin İstanbulda çap olunmuş daha bir dərsliyi haqqındadır.
Rəşid bəy Əfəndiyevin Türkiyədə çap olunmuş ikinci dərs vəsaiti “Bəsirətül-ətfal”dır. R.Əfəndiyevin bu adda ilk dərsliyi 1901-ci ildə Bakıda çap olunmuşdur.
XX əsrin əvvəllərində R.Əfəndiyev xalqa və onun məktəbli övladlarına öz sözünü yenə də dərslik vasitəsilə söyləmək qərarına gəlir. O, 1901-ci il sentyabrın 12-də Qafqaz Senzura Komitəsindən Bakıda Azərbaycan dilində “Bəsirətül-ətfal” (“Uşaqların zirəkliyi “) adlı 226 səhifəlik yeni bir dərsliyin çap edilməsinə icazə alır.Dərslik Bakı Quberniya İdarəsinin mətbəəsində çap olunmuşdur.
Rəşid bəy Əfəndiyevin bu dərsliyi də onun 1898- ci ildə İstanbulda çap olunan “Uşaq bağçası” dərsliyi kimi türkdilli reqionlarda bəyənildi və təqdir edıldi. Yeni dərslik – “Bəsirətül-ətfal” müəllifin “Uşaq bağçası” dərsliyi ilə ilə yanaşı, mübtədi ( ibtidai-N.N.) məktəblərinin əsas oxu kitabı kimi şagirdlərin mütaliə mədəniyyətinin inkişafına güclü təsir göstərməyə başladı. Dərslikdəki bədii parçalar, öyüd və nəsihət xarakterli yazılar məktəb yaşlı uşaqların elmi, idraki, həyati biliklərinin zənginləşməsinə yönəldilmişdir.İki babdan—hissədən ibarət olan “Bəsirətül-ətfal”da Azərbaycan ədəbiyyatına, onun nəzəri məsələlərinə geniş yer verilməsi diqqəti cəlb edən məsələlərdəndir.Bu materialların hazırlanmasında Türkiyədə çap olunan dərslik və ensiklopediyalardan geniş istifadə olunması “Bəsirətül-ətfal”ın dəyərini artıran amillərdən biri kimi qiymətləndirilməlidir.
XX əsrin əvvəllərində  İstanbulda çap olunan İlk  Azərbaycan dərsliyi– "Bəsirətül-ətfal”-1907

Rəşid bəy Əfəndiyev 1907-ci ildə “Bəsirətül-ətfal”ın yeni nəşrini - İstanbul nəşrini hazırlayır. Dərsliyin üz qabığında o dövrün müasir dərs avadanlıqları ilə təchiz edilmiş sinif otağının mənzərəsi əks olunmuşdur. Nümunəvi məktəb mühitini canlandırmağa çalışan rəssamın adı çətinliklə də olsa “Taburin” kimi oxunur.
Bu, XX əsrin görkəmli rus rəssamı Vladimir Amosoviç Taburindir. V.A.Taburin tanınan, sayılıb-seçilən rus ziyalılardandır. O, tanınmış rus söz ustalarından-A.S.Puşkin, M.Y.Lermontv, N.V.Qoqol, İ.S.Turgenyev, İ.A.Qonçarov,mN.S.Leskov,A.P.Çexov,P.D.Boborıkin, V.İ.Nemiroviç,-Dançenkonun əsərlərinə illüstrasiyalar çəkmişdir. R.Əfəndiyevin kitabına çəkilən illüstrasiyalar V.A Taburinin gənc yazar Lidiya Alekseyevna Çarskayanın (1875-1937 )1902-ci ildə çap etdirdiyi "Записки институтки" (Tələbə qızın gündəliyi) əsərindəndr..
Kürsünün arxasında dayanaraq Pavlov Qadınlar İnstitutunun qızlarına mühazirə oxuyan riyaziyyat müəllimi " , qəribə - Polden soyadlı gombul Qri-Qri dayı "dır.
Əsərin müəllifi kitabın üz qabığında belə təqdim olunur: “Zaqafqas Darülmüəlliminin müsəlman şöbəsinin elmi-ilahi və lisan müəllimi Rəşid bəy Əfəndizadə”.
“Bəsirətül -ətfal”ıın ikinci nəşri kimi təqdim edilən bu dərslik islamiyyə tarixi ilə 1325-ci ildə ( miladi tarixi ilə 1907-ci ildə ) İstanbulda Babəli civarında 72 nömrəli binada yerləşən Mahmud bəy mətbəsində çap olunmuşdur. Dərsliyin sonundakı elanlarda müəllifin bədii və elmi yaradıcılığna işıq salan məqamlar vardır.Belə ki ilk nəşri 1898-ci ilə aid olan “Uşaq bağçası” 1907-ci ilə qədər üç dəfə nəşr olunmuşdur. R.Əfəndiyevin beş məclisli “Qan ocağı” komediyası da bu ərəfədə çap olunmuşdur.
İstanbulda çap olunan “Bəsirətül-ətfal” həcmcə 128 cəhifədir. Dərslik iki hissədən–babdan ibarətdir. Birinci bab daha əhatəldir.İkinci bab 90-cı səhifədən baslayır. Yeni nəşrdə mövzulara aid 30-a yaxın şəkil vardır. Dərslik “Yüz yaşlı qoca ” zərifəsi ilə başlayır. Bu zərifə əslində N.Gəncəvinin “Kərpickəsən qoca və cavan” hekayəsinin təsirıi ilə yazılmışdır. Bir neçə cavan yüz yaşlı qocanın torpağa alma toxumu səpdiyini görüb onu bu işdən çəkindirməyə cəhd edir: “Ey qoca baba,sənin yüz yaşın var, toxumdan çıxan cırı calayıb, əmələ gətirəndən sonra meyvəsini görməyə çox ömür istər…Zəhmət çəkmə ,bu,sənə çatmaz”. Qocannın cavabı çox sərrast olur:”Əzizlərim! Əkiblər yemişik, əkərik yeyərlər”.
Birinci babın “Fəqir Bülbül və qəni Qarışqa “, “Gün, Ay və Ulduz” “Uşaq və ayna”,”Alma ağacının əhvalı”, “Seyid Əzimin oğluna yazdığı nəsihətlər” və s. maraqla oxunur. Dərslikdəki təbiət hekayələri R.Əfəndiyevin ətraf mühitə, coğrafi anlayışların izahına bacarıqlı ögretmen mövqeyindən yanaşdığı hiss olunur.
Dərsliyin ikinci babı ədəbiyyat xüsusundadır. Burada .M.Füzuli və Şair Nəbi haqqında maraqlı məlumat verilir, oxucular divan ədəbiyyatının səciyyəvi xüsusiyyətləri ilə tanış edilir. Bu hissənin zərbi- məsəllərə, yazının üsuluna, imlasızlığa həsr olunmuş materialları da diqqəti cəlb edir,məktəb yaşlı uşaqları elmə, təhsilə həvəsləndirir.

Nazım Nəsrəddinov ,
türkoloq.
Bakı şəhəri,

Geri dön