Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Avtoqəzalar iqtisadiyyata böyük ziyan vurur
Avtoqəzalar iqtisadiyyata böyük ziyan vurur |
Pünhan Mürsəliyev : “Təmir işlərinin daha sürətlə aparılması cərimələrin vaxtında ödənilməməsindən asılıdır”:
Bu gün respublikamızda baş verən yol qəzaları iqtisadiyyata böyük ziyan vurur. Ötən il baş verən avtoqəzalar nəticəsində yolun kənarına quraşdırılan 12 min paqonametr təhlükəsizlik çəpəri sıradan çıxıb. 15-ə yaxın işıq dirəyi, yüzdən çox yol nişanı və göstəricilər, həmçinin 200 paqonametr bardür yararsız vəziyyətə düşüb. Ümumilikdə yol və yol qurğularına dəyən ziyanın miqdarı milyon manatlarla ölçülür. Onların təmir işləri isə çox ləng, bəzənsə heç aparılmır. Aparılan araşdırmalara görə, təmir-bərpa işlərini "Azəryolservis" ASC-nin müvafiq orqanları yerinə yetirsə də, işin maddi tərəfi qəza törədən şəxsin üzərinə düşür. Hər kəsin diqqətini çəkən məqamsa cərimənin hansı meyarlar üzrə müəyyən edilməsi və ödənilməsi mexanizmidir. Qeyd edək ki, sürücü cərimə ödəməyincə, onun avtomobili cərimə meydançasında girov saxlanılır. Müəyyən edilmiş cərimə tam ödənildikdən sonra "Azəryolservis" Bakı Şəhər Dövlət Yol Polisinə bu barədə məlumat verir. Ancaq bu bildirişdən sonra avtomobil cərimə meydançasından buraxılır. Məsələyə münasibət bildirən qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, əsas problem də elə cərimələrin yığılmasındadır: "Təmir-bərpa işlərinin ləngiməsi və uzanmasının bir səbəbi də elə budur". Mütəxəssis cərimələrin sərtləşdirilməsi tərəfdarıdır və ödəmə prosedurunun qaydalarının dəyişdirilməsini təklif edir. Qurum sözçüsünün sözlərinə inansaq, təmir işlərinin daha sürətlə aparılması cərimələrin vaxtında ödənilməməsindən asılıdır: “ Amma problem bununla bitmir. Belə ki, cərimələrin ödənilməsinə baxmayaraq, bəzi yerlərdə əyri xətli tirlər hələ də təmir edilməyib. Bu dəmir çəpərlərin üzərində xüsusi yol nişanları yerləşdirilib. Bunlar gecə vaxtı sürücüyə dönmə manevrlərini həyata keçirməyə və distansiya saxlamağa yardımçı olur. Amma əslində bunun tam əksi də müşahidə edilir. Belə ki, bunun üzərindəki bu palçıq qatı sürücüyə kömək göstərmək əvəzinə, qəza şəraitini daha da artırır və təsadüfi deyil ki, avtomobil qəzalarının da əksəriyyəti məhz gecə vaxtına təsadüf edir. Digər əsas məsələ bu dəmir çəpərlərin təhlükəli olması ilə bağlıdir. Avtomobil qəzası zamanı ölüm halını minimuma endirmək əvəzinə, bu əyri xətli tirlər ölüm hallarını maksimuma qaldırır”. Günel CƏLİLOVA Geri dön |