Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda mövsümlə əlaqədar soyuqdəymə halları artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda mövsümlə əlaqədar soyuqdəymə halları artıb

Azərbaycanda mövsümlə əlaqədar soyuqdəymə halları artıb


Hər qış fəsli olduğu kimi bu il də Azərbaycanda mövsümlə əlaqədar soyuqdəymə hallarının sayı çoxalıb. Bunu Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev ölkədə müşahidə olunan qrip epidemiyasına münasibət bildirərkən deyib. O bildirib ki, son günlər ölkə ərazisində daha çox qeydə alınan qrip boğaz və baş ağrıları, o cümlədən temperaturun qalxması ilə müşahidə olunur. N.Əliyevin sözlərinə görə, soyuqdəymə 5-6 gün davam edir: “Sadəcə, bu müddət ərzində insanlar özlərini qorumalıdır ki, xəstəlik daha da artmasın. Beş-altı gün davam edən qripə qarşı müalicə adi qaydada aparılmalı, dərman və çay vasitəsilə qarşısı alınmalıdır. Lakin bu qrip epidemiyası və soyuqdəymə diaqnozu ilə hələ ki instituta müraciət edilməyib”.

Geri dön